Cəmiyyət

Əmrullayev nazir vəzifəsini icra edir? – Rəsmi

30 İyul 2022 19:04
Baxış: 1 084
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Elm və Təhsil Nazirliyi elm və təhsil sahəsində son günlər həyata keçirilən islahatlarla bağlı açıqlama yayıb.

Açıqlamanın mətnini təqdim edirik:

"Prezident İlham Əliyevin elm və təhsilin qarşılıqlı əlaqəsinin möhkəmləndirilməsi və bu sahələrdə idarəetmənin təkmilləşdirilməsi məqsədilə imzaladığı Fərmanla Təhsil Nazirliyinin adı Elm və təhsil Nazirliyi olaraq adlandırılıb.

Eləcə də, elm sahəsində dövlət siyasəti və tənzimlənməsi, elmi müəssisə və təşkilatların elmi fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi ilə bağlı səlahiyyətlər nazirliyə həvalə edilib.

Buradan da aydın göründüyü kimi, Elm və Təhsil Nazirliyinin yenidən təşkili, elm və təhsil naziri vəzifəsinə yeni təyinatdan söhbət getmir. Emin Əmrullayev elm və təhsil naziri kimi öz vəzifəsini icra edir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.