Cəmiyyət

Azərbaycanda valideynlər buna görə 4 il həbs edilə bilər

26 İyul 2022 08:57
0 Şərh     Baxış: 2 908
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İstənilən halda övladını erkən yaşda nikaha sövq etdiyi üçün valideyn məsuliyyət daşıyır.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Məmmədov azyaşlıların ailə qurması ilə bağlı danışarkən deyib.

O bildirib ki, bu məsələdə valideynin övladını məcbur evləndirməsi faktı sübuta yetirilərsə, o zaman onları 4 min manat cərimə və yaxud 4 ilə qədər həbs cəzası gözləyir:

"Yox, əgər ata-ana qanunu bilməyərəkdən yetkinlik yaşına çatmayan övladını nişanlayarsa, o zaman xəbərdarlıq edilir və nikahın qarşısı alınır. Bu xəbərdarlığa məhəl qoymadıqları təqdirdə artıq onlar məsuliyyət daşıyırlar.
Lakin ailədən başqa müəllim və ya digər qurumlar bu hadisəni bilib aidiyyəti orqana məlumat verməsə, onlar da məsuliyyətə cəlb olunurlar".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.