Cəmiyyət

Şəhidin azyaşlı övladı həkim səhlənkarlığının qurbanı olub? - Anası DANIŞDI - VİDEO

20 İyul 2022 20:07
7 Şərh     Baxış: 2 151
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ötən gün dünyasını dəyişən 5 yaşlı şəhid övladının anası, uşağının ölümündə həkimləri günahlandırıb. O, iddia edib ki, həkimlərin məsələ ilə bağlı ictimaiyyətə dedikləri yalandır. Uşaq xəstəxanaya gələndə vəziyyəti ağır olmayıb. Həkimlərin səriştəsizliyi nəticəsində uşağın halı xəstəxanada pisləşib. Daha sonra isə həkimlər uşaq sağ ola-ola ayağını bağlayıb, öldüyünü bildiriblər.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, Vətən müharibəsi şəhidi kapitan Həmid Cəfərlinin həyat yoldaşı Aynurə Cəfərli, ötən gün boğazında şokolad kağızı qalaraq dünyasını dəyişən 5 yaşlı övladının ölümündə həkimləri ittiham edir. Onun sözlərinə görə azyaşlı xəstəxanaya gələndə şüuru aydın və anlaq vəziyyətdə olub. 

Onun sözlərinə görə həkimlərin səriştəsiz və qeyri tibbi üsulla müdaxiləsi nəticəsində körpənin vəziyyəti ağırlaşıb.

Aynurə Cəfərli iddia edir ki, xəstəxanada uşağın əlini ayağını bağlayıb, öldüyünü iddia etsələr də uşaq sağ olub.

TƏBİB-dən bildirildi ki, məsələ ilə bağlı araşdırma aparılır. Yaxın müddətdə bununla bağlı ictimayətə açıqlama verləcək. Qeyd edək ki, Hüseyn Cəfərli Vətən Müharibəsi şəhidi Həmid Cəfərlinin 3 övladından biri idi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.