Cəmiyyət

Bakının mərkəzindəki partlayışın qaz sızması ilə əlaqəsi yoxdur - RƏSMİ

12 İyul 2022 07:05
0 Şərh     Baxış: 1 656
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakının mərkəzi küçəsində baş verən partlayışın qaz sızması ilə əlaqəsi yoxdur.

Bu barədə özünün "Facebook" səhifəsində "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev yazıb.

"Hörmətli dostlar. Bakı şəhəri "Tarqovu" dakı baş vermiş partlayış və yanğının qaz sızması ilə əlaqəsi yoxdur. Xüsusi qəza xidmətimiz tərəfindən hadisə yeri tam araşdırıldı, qaz sızması aşkarlanmayıb, səbəbi müvafiq qurumlar tərəfindən araşdırılır", - deyə R.Əliyev bildirib.

Xatırladaq ki, daha əvvəl Bakı şəhərinin Səbail rayonunda, H.Z.Tağıyev küçəsində rabitə quyusunda partlayış olub. FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə hadisə yerinə cəlb olunub.

İlkin məlumata əsasən, rabitə quyularından birində partlayış baş verib, yeraltı kommunikasiya xətlərində yanğın olub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.