Eşq İNTİHARLARI: “Yeniyetmələrin psixoloji problemləri ailədən gəlir” - PSİXOLOQ RƏYİ
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Bugünkü vəziyyətdə bütün yeniyetmələrin psixoloji problemi ailədən gəlir. Ailə təməldir. Bu gün 17 yaşlı yeniyetmə məqsədli olaraqsevdiyi qıza boynunda ip keçirmiş vəziyyətdə fotosunu göndərirsə, deməli onun psixoloji durumunda mütləq şəkildə problem var".
Milli.Az xəbər verir ki, bu fikirləri Bizim.Media-ya açıqlamasında psixoloq Gülnarə Abuzərova bildirib.
Belə ki, dünən Bakının Sabunçu rayonunda baş verən 17 yaşlı yeniyetmənin intiharının psixoloji aspektdən şərh edən Gülnarə Abuzərova bu cür addım atan şəxslərin əsas problemlərinin nədən ibarət olduğunu da qeyd edib:
"Problem ondan ibarətdir ki, o artıq özünü lazımsız və yararsız bilir. Bilirik ki, ilk sevgi yeniyetmələr üçün həyat deməkdir və onlar həyatın mənasını məhz bunda görürlər. Aralarında nə baş verdiyini bilməsək də, fotonu sevdiyi qıza göndəribsə, deməli ya ona sevgisini göstərmək üçün, ya da qarşısındakının onda yaratdığı halı ona çatdırmaq üçün (yəni mən sənsiz ölümə gedirəm) bunu edib. İndiki dönəmdə yeniyetmələrin ən zəif tərəfi güvənsizlikdir".
Psixoloqun sözlərinə görə, ailə mühiti, onların böyümə şəraiti, bu cür addımlara birbaşa təsir göstərir:
"Yeniyetmələr bu gün daha sərbəst yaşamağı, təhsildən uzaqlaşmağı düşünürlər. İnsan beyniylə böyüyür. Təhsildən uzaq olmağı, sosial həyatdakı sərbəstlik, sosial şəbəkələrin yeniyetmələr üzərində mənfi təsirləri olur. Ailə ilə bağlı əsas problemlər isə valideynlərin onları anlamaması, qayğısızlıq və diqqətsiziliyi onlarda güvənsizlik yaradır. Nəticədə yeniyetmələr özlərini yalnız hiss edir, həyatlarının balansını itirirlər. İlk sevgi, ilk xəyanət kimi hallar isə yeniyetmələrə ciddi təsir göstərib, onları çarəsiz duruma sala bilir. Belə olan halda onlar intihar yolunu seçirlər".
Psixoloq yeniyetmələri intihardan qorumaq üçün hansı addımların atılmalı olduğunu da açıqlayıb:
"Valideynlər övladlarına mütləq diqqət yetirməli, onları tanımalı, qorxutmamaq şərtilə ona güvən verməlidirlər. Bir çox valideynlər övladlarını anlamır, özləri ilə müqayisə edir, hədə-qorxu gəlir. Yeniyetmələrsə öz hallarını gizlədir, qorxu və anlaşmazlıq yaşayırlar. Hər zaman bildirəm ki, valideyn qədər uşağa yaxın olan kimsə yoxdur.
Valideyn övladının psixoloji durumunu, həyat tərzini anlayaraq hiss etməlidir, qorxudara deyil. Əgər o, övladlarının hər halını anlasa, problem aradan qalxar.
Bu gün də ən böyük problemlərdən biri yeniyetmələrin problemlərini vaxtında görüb, psixoloqa müraciət etməmələridir. Yeniyetməlik hormonal dəyişikliklər dövrüdür və bu, psixikaya hər cür təsir edə bilər. Bu gün hər birimiz yeniyetmələrə qarşı diqqətli olub, həssas yanaşmalı, dəstək olmağı bacarmalıyıq".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanda bu toy viral oldu: Zala maşınla daxil oldular - (Video)
-
Övladın atasına hazırladığı tort kövrəltdi – (Foto)
-
Toyda bəy özündən çıxdı: Tortu yerə çırpdı - (Video)
-
Dövlət Bayrağının bu şəhərlərdə dalğalanması ölkənin ərazi bütövlüyünün bərpasının təzahürü idi - Kamaləddin Qafarov
-
Həbsdə ölən keçmiş icra başçısının binası satışa çıxarıldı
-
İki gəlin, iki bəy eyni məclisdə evləndi – (Video)
XƏBƏR LENTİ
-
Enerjini azaldan gündəlik səhvlər
-
Pendirli və göyərtili toyuq kotleti resepti
-
Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz
-
Mineral suyu belə içənlər bütün şəfasını çölə atır: İllərdir səhv içirmişik
-
Tramp: “Süni İntellekt Qüvvələri” yaradılıb
-
Bilgəh qocalar evində 78 yaşlı qadının başqa müəssisəyə köçürülməsi etiraz doğurdu - (Video)
-
“Çox utandım, alt paltarlarımı satışa çıxarmışdılar“ - Şeron Stoun
-
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
-
Prezident İlham Əliyevin sosial media hesablarında 20 sentyabr - Azərbaycanın Dövlət Suverenliyi Günü ilə bağlı video paylaşılıb - (Video)
-
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
-
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
-
Günün qoroskopu: Özünüzə qarşı həddindən artıq tələbkar olmayın
-
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
-
Fermerlər məhsul istehsalına başlamadan maliyyə ala biləcəklər - (Video)
-
61 yaşlı Monika Belluççi - (Foto)
-
"Böyük klub olmaq istəyiriksə..." - Valdas Dambrauskas
-
Bakıda məktəbin həyətində yanğın baş verib - (Foto)
-
Müğənni Dmitri Bikbayevin konsertdə əli trosdan sürüşdü, yıxıldı - (Video)
-
“Trabzonspor” “Qalatasaray”ı darmadağın edib
-
Serenay Sarıkayanın bir ev qiymətinə olan saatı - (Foto)
-
Əraqçi: İran ilə ABŞ arasında danışıqlar davam edir
-
Paşinyan yenə öz ampulasında - (Video)
-
İran müharibənin dayandırılması üçün şərtlərini ABŞ-yə göndərib
-
Rövşən Cahangirov uzun illər sonra efirə qayıdır





