“İdman elminin müasir aspektləri” mövzusunda beynəlxalq konfrans keçirilib - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İyunun 24-də Bakıda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının təşkilatçılığı ilə Beynəlxalq Olimpiya Gününə həsr olunmuş "İdman elminin müasir aspektləri" mövzusunda beynəlxalq elmi-praktiki konfrans işinə başlayıb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, konfransın əsas məqsədi idmanın inkişafında son elmi nailiyyətlərin birgə müzakirəsi və təcrübə mübadiləsidir.
Konfransın açılışında gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev çıxış ediblər. Tədbirin ölkəmizdə təşkilinin əhəmiyyətli addım olduğunu vurğulayan çıxışçılar konfransın işinə uğurlar arzulayıblar.
Qeyd edək ki, konfransda respublikamızın bədən tərbiyəsi və idman sahəsində görkəmli mütəxəssisləri ilə yanaşı, Böyük Britaniyanın London Kollec Universiteti (UCL), London İmperial Kolleci, Volverhampton Universitetinin, Türkiyənin Eskişehir Texniki Universiteti, Rusiyanın MGİMO, Lomonosov adına Moskva Dövlət Universitetinin dünyaca məşhur professorları, Avstriyanın ComplexCore təşkilatının aparıcı ekspertləri iştirak edir.
Açılış hissəsindən sonra konfrans idman psixologiyası, idman tibbi, idman menecmenti və idman hüququ üzrə aktual mövzularda məruzələrlə davam edir.
Konfransa iyunun 25-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında "İdmançıların hazırlıq sisteminin təkmilləşdirilməsi", "Bədən tərbiyəsində kütləvilik və sağlam həyat tərzinin formalaşdırılması" və "Bədən tərbiyəsi və idman fəaliyyətinin təşkili" bölmələrində maraqlı təqdimatlar və müzakirələrlə yekun vurulacaq.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Mərkəzi Bankın valyuta ehtiyatları artıb
-
Uşağı xaricə aparmaq istəyən valideynlər bunu bilməlidir
-
Prezident İlham Əliyev: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq
-
Azərbaycanda güclü yağış yağacaq - Proqnoz verildi
-
Azərbaycanda evlilik yaşı artır: Gənclər niyə gec ailə qurur?
-
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - (Foto)
XƏBƏR LENTİ
-
Mərkəzi Bankın valyuta ehtiyatları artıb
-
Uşağı xaricə aparmaq istəyən valideynlər bunu bilməlidir
-
Prezident İlham Əliyev: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq
-
Putin əmr edib ki, məktəblər də vurulsun - Zelenski
-
Ukrayna ilə sərhəddə PUA düşdü - Rumıniyada yanğın başladı
-
Türkiyə millisi Belçika ilə oyunöncəsi əsas heyət üzvünü itirdi
-
Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? - (Video)
-
Azərbaycanda güclü yağış yağacaq - Proqnoz verildi
-
Ötən ay sərhədi pozan 20 nəfər saxlanıldı
-
Azərbaycanda evlilik yaşı artır: Gənclər niyə gec ailə qurur?
-
“8 gün ac və bağlı otaqda qaldım” - Məşhur rəqqasa qarşı daha bir ittiham
-
Sumqayıtda məktəbdə zəhərlənən şagirdlərin sayı 21-ə çatdı - (Yenilənib)
-
Türkiyədə daha bir bələdiyyə sədri saxlanıldı
-
Maşında qadına şiddət göstərən rəqqas saxlanıldı
-
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - (Foto)
-
AQTA: Sumqayıtda məktəbdə baş verən zəhərlənmə hadisəsi nəzarətdədir
-
"Utanın, yerin dibinə girin" - Aparıcıdan futbolçularımıza sərt sözlər
-
“Birliyin gücü-2026” təlimləri başa çatdı
-
Prezident İlham Əliyev: Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək
-
Tolik: "Mən 25 manata ət almıram" - (Video)
-
Prezident İlham Əliyev: Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir
-
Prezident İlham Əliyev: Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib
-
Qaxda 7 kiloqramdan artıq narkotik aşkarlandı: İki nəfər saxlanıldı
-
Prezident İlham Əliyev: Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik





