Cəmiyyət

Lənkəranskiyə görə üzr istəməyə məcbur edildi

28 İyun 2022 21:52
0 Şərh     Baxış: 2 320
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

TikTok hesabında mərhum qanuni oğru Rövşən Lənkəranskini təhqir etdiyinə görə bir nəfər üzr istəməyə məcbur edilib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, yayılan videonu çəkən şəxs M.F. adlı şəxsi dediyi sözləri təkrarlamağa məcbur edir və bildirir ki, Lənkəranski ilə bağlı söylədiklərinə görə üzr istəsin. O, M.F.-ya ən ağır təhqirlərlə üzr istədir. O, həmin şəxsin təzyiqi ilə tutduğu əməldən peşman olduğunu və üzr istədiyini deyir, bir daha bu cür hallara yol verməyəcəyini söyləyir.

M.F.-nın üzr videosu da TikTokda yayılıb.

Qeyd edək ki, daha əvvəl bənzər videolara görə üzr istəməyə məcbur edən şəxslər barəsində cinayət işi başladılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.