"10 il sonra “mental dəyər” deyə bir şey qalmayacaq"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qaynana-gəlin münasibətlərini bəzən dünyanın ən uzun sürən münaqişəsi adlandırırlar. Və nə yazıq ki, bu günümüzdə də bu münaqişə davam edir. Ən pisi də odur ki, bu münaqişədə kimin haqlı, kimin haqsız olduğunu müəyyən etmək çox çətindir. Amma mental dəyərlərimizə söykənərək bir çox hallarda qaynananı günakar çıxarırıq. Yəni ki, qaynana böyükdür, kiçiyi(gəlini) yola verməlidir.
Lakin qaynanın haqlı çıxaranlar da az deyil. Bir çoxları düşünür ki, ana öz oğlunu təbii ki, hamıdan yaxşı tanıyır.
Oğlunun nəyi sevib-sevmədiyini hamıdan yaxşı bilir. Ona görə də qaynana istər-istəməz gəlinə təzyiq edir. İstəyir ki, hər şey oğlunun ürəyincə olsun. Gəlinsə bunu çox zaman düzgün başa düşmür. Bunu təzyiq və müdaxilə kimi qəbul edir. Sonda bu da ailədə söz-söhbətə səbəb olur.
Milli.Az xəbər verir ki, tanınmış psixoloq Gülnar Orucova məsələ ilə bağlı Bizim.Media ilə söhbətində bildirib ki, "Ana oğlunu heç kimlə bölüşmək istəmir. Ən yaxşı halda gəlinin də onun oğlunu onu qədər sevməsini və diqqət etməsini arzulayır.
Bəzi qaynanalar bəzən oğluna da təzyiq edir ki, "həyat yoldaşın da səni məni qədər sevsin". Bax, problem də bu zaman yaranır".
Gülnar xanımın fikirincə bu məsələdə gəlinlər də günahkardır. Ona görə ki, sevdiyi adamı bütün nöqsanları ilə sevməlidir. Lap o nöqsan qaynana olsa belə. "Düşünürəm ki, yeni qurulmuş ailə ilk gündən ayrı yaşamalıdır. Onların müstəqilliyinə şərait yaradılmalıdır. Yox əgər, ana oğlunu və gəlinini daima nəzarətdə saxlamaq istəyirsə bu alınmayacaq. Çünki, dövr dəyişib. Necə ki, əvvəllər gəlinlər yemək bişirməyi qaynanadan öyrənirdi, indi isə internetdən öyrənir. Eləcə də gəlin ailənin idarə olunması qayda və qanunlarını bu gün böyüklərdən deyil daha çox sosial şəbəkələrdən əxz eləyir. Ona görə də bütün gəlinlər müstəqilliyə can atır.
Övlad ana-atanın şah əsəridir. Bu əsər cəmiyyət tərəfindən necə qəbul olunması üçünsə platforma lazımdır. Bu platforma isə müstəqillikdir. Gənc ailəyə verilən müstəqillik qısa zamanda özünün zəif və güclü tərəflərini göstərir. Bax, ailəyə qaynana və qaynata müdaxiləsi məhz o zaman lazımdır. Tələsik və yersiz müdaxilə gənc ailənin bəzən əsaslarını sarsıdır. Hər bir valideyn istəyir ki, böyütdüyü ağacın meyvəsini görsün. Meyvə istəyən qaynana və qaynata isə ağacları diqqətlə becərməlidir"- deyə psixoloq əlavə edib.
Gülnar Orucova sonda təəssüflə bildirib ki, "qaynana - gəlin münasibətlərindəki problemlər çox zaman mental dəyərlərimizdən qaynaqlanır. Amma mən əminliklə deyə bilərəm ki, 10 ildən sonra "mental dəyər" deyə bir şey qalmayaqcaq. Bu qədər ki, xəyanətlər olur, LGBT baş alıb gedir və qadının və kişinin ailədə yeri itir. Deməli mental dəyərlərin sonu çatıb. Yaxın gələcəkdə ağsaqqal və ağbirçək sözü bəlkə də leksikonumuzdan çıxacaq. Artıq onlar ailədəki statuslarını itiriblər. Onların sözünü heç kim eşitmir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanda bu toy viral oldu: Zala maşınla daxil oldular - (Video)
-
Övladın atasına hazırladığı tort kövrəltdi – (Foto)
-
Toyda bəy özündən çıxdı: Tortu yerə çırpdı - (Video)
-
Dövlət Bayrağının bu şəhərlərdə dalğalanması ölkənin ərazi bütövlüyünün bərpasının təzahürü idi - Kamaləddin Qafarov
-
Həbsdə ölən keçmiş icra başçısının binası satışa çıxarıldı
-
İki gəlin, iki bəy eyni məclisdə evləndi – (Video)
XƏBƏR LENTİ
-
Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız
-
Alkoqolu hansı məşhur içkilərlə qarışdırıb içmək olmaz?
-
Enerjini azaldan gündəlik səhvlər
-
Pendirli və göyərtili toyuq kotleti resepti
-
Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz
-
Mineral suyu belə içənlər bütün şəfasını çölə atır: İllərdir səhv içirmişik
-
Tramp: “Süni İntellekt Qüvvələri” yaradılıb
-
Bilgəh qocalar evində 78 yaşlı qadının başqa müəssisəyə köçürülməsi etiraz doğurdu - (Video)
-
“Çox utandım, alt paltarlarımı satışa çıxarmışdılar“ - Şeron Stoun
-
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
-
Prezident İlham Əliyevin sosial media hesablarında 20 sentyabr - Azərbaycanın Dövlət Suverenliyi Günü ilə bağlı video paylaşılıb - (Video)
-
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
-
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
-
Günün qoroskopu: Özünüzə qarşı həddindən artıq tələbkar olmayın
-
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
-
Fermerlər məhsul istehsalına başlamadan maliyyə ala biləcəklər - (Video)
-
61 yaşlı Monika Belluççi - (Foto)
-
"Böyük klub olmaq istəyiriksə..." - Valdas Dambrauskas
-
Bakıda məktəbin həyətində yanğın baş verib - (Foto)
-
Müğənni Dmitri Bikbayevin konsertdə əli trosdan sürüşdü, yıxıldı - (Video)
-
“Trabzonspor” “Qalatasaray”ı darmadağın edib
-
Serenay Sarıkayanın bir ev qiymətinə olan saatı - (Foto)
-
Əraqçi: İran ilə ABŞ arasında danışıqlar davam edir
-
Paşinyan yenə öz ampulasında - (Video)





