Cəmiyyət

Füzulidə polis minaya düşüb

26 İyun 2022 23:01
0 Şərh     Baxış: 1 518
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İyunun 26-sı saat 21 radələrində Füzuli Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı 1989-cu il təvəllüdlü İlham Salmanov xidmətdən kənar vaxtda Füzuli rayonun işğaldan azad edilmiş Aşağı Seyidəhmədli kəndi ərazisində piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almışdır.

Milli.Az bildirir ki, xəsarət almış polis serjantı İlham Salmanov xəstəxanaya yerləşdirilmiş, hazırda vəziyyəti qənaətbəxşdir.

Prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Füzuli rayon prokurorluğunda araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory