16:29
Ağsu aşırımında müəyyən mühafizə tədbirləri görülsə və yol bərpa olunsa belə, orada yenidən müəyyən təhlükənin yarana biləcəyi proqnozlaşdırılır. Bunu çərşənbə günü Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının baş mühəndisi Şaiq Niftiyev deyib.
"Bizim tərəfdən də bu variant proqnozlaşdırılır. Çünki həmin ərazi geoloji proseslərə o dərəcədə məruz qalıb ki, orada ekosistem bütünlüklə pozulub", - Niftiyev bildirib.
Onun sözlərinə görə, Ağsu aşırımının elə hissələri var ki, onu bərpa etmək çox çətin olacaq. Bu təcrübə bərpa olunmuş başqa magistral yollarda da özünü doğrultmayıb.
"Başqa magistral yollarda da bərpa işləri aparılıb. Vəziyyətin sonda necə olduğunu görmüşük. Nəqliyyat Nazirliyinə də tapşırıqlar verilib ki, bundan bir çıxış yolu tapılsın", - baş mühəndis əlavə edib.
Hazırda Ağsu aşırımında sürüşmənin aktiv olduğunu deyən Niftiyev bildirib ki, Bakı-Şamaxı-Yevlax magistral yolunun 140 və 150-ci km-lərində (Ağsu aşırımı) sürüşmə sahələrində nisbi aktivlik var. Qalan sürüşmə sahələrində isə nisbi stabillik yaranmaq üzrədir. Hazırda həmin ərazilərdə müşahidələr davam edir.
Baş mühəndis qeyd edib ki, martın 30-da Ağsu aşırımına bütün aidiyyəti qurumların iştirakı ilə baxış keçiriləcək, yolun açılması üçün hansı tədbirlərin görülə biləcəyi müəyyən ediləcək.
Niftiyev əlavə edib ki, Nazirlər Kabinetində bu gün keçirilən müşavirədə də Ağsu aşırımındakı vəziyyət müzakirə edilib. Bununla əlaqədar müvafiq qurumlara tapşırıqlar verilib.
Nazirlik rəsmisi hesab edir ki, Ağsu aşırımı çox strateji yol olduğu üçün burada işlər böyük sürətlə görülməli və yolun açılması istiqamətində fəaliyyət planı hazırlanmalıdır.
Qeyd edək ki, sürüşmə ilə əlaqdar martın 26-dan Ağsu aşırımı bağlanıb.
----------
12:25
Bakı-Şamaxı-Yevlax avtomagistralının Ağsu aşırımı istiqamətində yolun açılıb-açılmaması həftəsonu məlum olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının rəisi Bəxtiyar Qaralov Trend-ə bildirib ki, magistral yolda baş vermiş sürüşmə ilə əlaqədar yaranmış vəziyyət Nazirlər Kabinetində Baş nazirin müavini Abid Şərifovun sədrliyi ilə keçirilən müşavirədə müzakirə olunub.
Qaralov deyib ki, həmin yolda geoloji təhqiqatların nəticəsindən sonra yolun açılıb-açılmaması barədə qərar veriləcək.
Ekspedisiyanın rəisi bildirib ki, həftənin cümə günü nazirliyin mütəxəssisləri həmin yola baxış keçirəcəklər.
Qeyd edək ki, Şamaxının Muğanlı kəndindən başlayaraq Bakı-Şamaxı-Yevlax magistral yolunun 131-133-cü km-liyində (Muğanlı kəndi ərazisində) yol tamamilə çöküb. Həmin avtomobil yolunun Ağsu aşırımı ərazisində - 140, 141, 142, 146 km-lərində sürüşmələr olduqca aktivləşib, yollarda çatlar yaranıb, Muğanlı kəndinin girəcəyində sürüşmə yolu çökdürüb.
Bununla əlaqədar olaraq İsmayıllı-Ağsu aşırımı yolunda nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılıb, yol tamamilə bağlanıb.
----------
11:36
Azərbaycan Nəqliyyat Nazirliyi Ağsu aşırımındakı avtomobil yolunun təmirinə bu ərazidəki sürüşmə prosesi tam stabilləşəndən sonra başlayacaq. Bu barədə çərşənbə günü Trend-ə nazirlikdən məlumat verilib.
Hazırda xüsusi strukturlar geoloji və geodeziya tədqiqatları aparırlar. Onların yekunları üzrə torpaqda gedən proseslərin parametrləri müəyyən olunacaq. Tədqiqatlar başa çatdıqdan sonra ölkə hakimiyyəti tərəfindən tədbirlər planı hazırlanacaq.
Həmin plana uyğun olaraq, aşırımdakı sürüşmələrin və uçqunların nəticələrinin aradan qaldırılması üzrə tədbirlər görüləcək.
Məlumata görə, sürüşmələr aşırımdan keçən yolda 15 yerdə müşahidə olunub. Sərnişinlərin təhlükəsizliyinin təmin olunması üçün həmin yol avtomobillər üçün tam bağlanıb. Avtomobillərin hərəkəti üçün alternativ yollardan istifadə oluna bilər.
Milli.Az
Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Ağsu aşırımı istiqamətində yol nə vaxt açılacaq? - YENİLƏNİB
28 Mart 2012 16:29
0 Şərh
Baxış: 435

DİGƏR XƏBƏRLƏR
-
Günün qoroskopu: Maliyyə axınında dəyişkənlik ola bilər
-
Paytaxtın bu küçəsində hər gün ölüm təhlükəsi var
-
Səhərlər yeyilir, ancaq bu forması zərərlidir - "İçində zəhər var"
-
Azərbaycanda ən yüksək və ən aşağı maaşı onlar alır
-
Qaz idarəsində çalışanlar işdən çıxarıldı: SƏBƏB? - AÇIQLAMA
-
Kommunal xidmətlərlə bağlı YENİLİK - Mayın 1-dən qüvəyə minir
XƏBƏR LENTİ
-
Trampın sosial şəbəkədəki paylaşımlarını o, yazırmış
-
Ağ tüklərdən təbii yollarla qurtulun – Salona getməyə ehtiyac yoxdur
-
Bağ evi almaq istəyənlərin NƏZƏRİNƏ - VİDEO
-
TV-lər, hotellər, hektarlarla ərazi - Tatlısəsin dodaq uçuqladan sərvəti
-
Çılpaq yatmağın sağlamlığa faydaları - Alimlər tövsiyə edir
-
Burunda çıxan sızanaq nəyi bildirir?
-
"O məktəb həyat yoldaşımın adını daşıyır" - FOTO
-
4 saat söhbət etdilər
-
Keçid balı ən az olan ixtisaslar - siyahı
-
Hindistan və Pakistan hərbçiləri arasında atışma oldu
-
Lavrov: Ukrayna və Aİ buna görə atəşkəs tələb edir
-
"Məni onun kimi təhqir edən olmamışdı" - FOTO
-
ADNA terrorundan 16 il ötür...
-
Günün qoroskopu: Maliyyə axınında dəyişkənlik ola bilər
-
Əli Mirəliyevdən səhhəti ilə bağlı açıqlama
-
Anası yeni doğuş edib, 14 yaşlı qızı da hamilə imiş...
-
May ayının havası açıqlandı
-
“Braziliyada “Qarabağ” üçün futbolçu axtarıram”
-
"Kızılcık şerbeti"ndə ayrılıq - FOTO
-
Hindistan-Pakistan sərhədində döyüşlər başladı
-
Kredit faizləri düşəcək? - Dövlət banklara 1 milyard dollar depozit yerləşdirib
-
Gənc yaşda dolğu edənlərə XƏBƏRDARLIQ - 10 il sonra üz dərinizdə...
-
"Gəlinimə ehtiyacım yoxdur"
-
İspaniyada elektrik kəsintisinə görə ölənlər var