Cəmiyyət

Bakı Funiklyorunun üzərindəki ərazi təhlükə saçır - VİDEO

14 İyun 2022 14:07
0 Şərh     Baxış: 1 446
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakı Funiklyorunun üzərindəki ərazi təhlükəli vəziyyətdədir. Sonu boşluq olan pillələrin qarşısı heç bir məhəccərlə məhdudlaşdırılmayib. Nəzarətsiz qalan istənilən uşaq oradan funikulyorun relslərinin üzərinə yuvarlana bilər.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, təxminən 7-8 metr hündürlüyündə olan bu yer dağüstü parkın ərazisindədir.

Aşağısından isə Bakı Funikulyoru keçir. Pillələrin sonunda hərəkət heç bir məhəccər, yaxud xəbərdaredici nişanla məhdudlaşdırılmayıb.

Sakinlər deyirlər ki, nəzarətsiz qalan istənilən uşaq burada faciəylə qarşılaşa bilər.

Sakinlərin sözlərinə əsasən, ərazidə xəbərdaredici vasitənin olmaması, nəinki uşaqlar üçün, həmçinin gecə saatlarlında böyük insanlar üçün də təhlükə yarada bilər.

Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətindən "Xəzər Xəbər"ə bildirildi ki, Bakı Funikulyoru unikal memarlıq abidəsidir və qeyd edilən məsələ mütəxəssislər tərəfindən araşdırılmalıdır. Onların qərarına əsasən müvafiq tədbirlər görülə bilər. Vətəndaşların park ərazisində sərbəst və maneəsiz hərəkətinin təmin edilməsi üçün lazımi işlər görüləcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.