Cəmiyyət

Sevil Mikayılova Xaçmazda seçiciləri ilə görüşdü - FOTO

6 İyun 2022 15:02
Baxış: 1 076
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

56 saylı Xaçmaz kənd seçki dairəsi üzrə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Sevil Mikayılova Xaçmaz rayonunun Qarabağlı, Qarğalıq və İlxıçı kəndlərində seçiciləri ilə görüş keçirib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, görüş zamanı kənd sakinləri onları narahat edən problemləri səsləndiriblər. Sakinlərin qaldırdıqları məsələlərlə bağlı S.Mikayılova qanunvericiliyə uyğun olaraq aidiyyəti qurumlara müraciət olunacağını bildirib.Bundan əvvəl qurumlara olunmuş müraciətlərin operativ cavablandırıldığı qeyd olunub. Bir sıra məsələlərin müsbət həllini tapdığı bildirilib.

Milli Məclisin deputatı Sevil Mikayılova Vətən müharibəsi şəhidi Tağıyev Nurağa Davud oğlunun və Birinci Qarabağ müharibəsi şəhidi Tağıyev Eldəniz Bilal oğlunun ailələlərini də ziyarət edib. Görüşlər zamanı şəhidlərimizlə bağlı xatirələrdən, onların keçdiyi döyüş yolundan söhbət açılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.