Ölkədaxili sərnişin qatarlarının hərəkəti nə vaxt bərpa ediləcək? - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
2 ilə yaxındır ki, Bakıdan bəzi regionlara və əks istiqamətdə sərnişin qatarlarının hərəkətinə qadağa qoyulub. Buna səbəb kimi isə ölkəmizdə koronavirus pandemiyası və bu infeksiyaya yoluxma sayının çox olması göstərilirdi. Ancaq indi vəziyyət tam dəyişib. Hətta bu gün koronavirusa yoluxma faktı ümumiyyətlə qeydə alınmayıb. Bəs bu qadağa niyə hələ də aradan qaldırılmır? Aidiyyəti qurum nə düşünür?
Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, yoluxmaların yüksək olduğu bir vaxtda qoyulan qadağa hələ də davam edir. Baxmayaraq ki, hazırda vəziyyət yaxşılığa doğru dəyişib.
Yoluxmaların sayının azalmasına,sərt kranatin rejimi qaydalarının yumşaldılmasına baxmayaraq bəzi bölgələrə qatarla getmək istəyən vətəndaşlar bu imkandan istifadə edə bilmirlər. Milli Məclisin deputatı Razi Nurullayevin sözlərinə görə, Bakıdan regionlara və əks istiqamətdə sərnişin qatarlarının hərəkətinə qoyulan qadağa tezliklə aradan qaldırılmalıdır. Razi Nurullayev hesab edir ki, bu qadağanın davam etməsi bölgələrdə yaşayan vətəndaşların sosial rifahına da ciddi təssir edir.
Millət vəkili deyir ki, hazırda bu qadağanın heç bir məntiqi əsası yoxdur.
Razi Nurullayev bildirdi ki, regionlara qatarların işlməsi həm də daxili turizmin inkişafı üçün çox vacib amildir. Çünki belə vəziyyətdə ölkəmizə gələn turistlər üçün fərqli nəqliyyat vasitələrindən istifadə imkanları yaranır. Nəzərə alsaq ki, istirahətə gedənlərin çoxu qatara üstünlük verirlər,onların səfər zamanı fərqli bölgələri görmək, seyr etmək imkanı da olur.
Məsələ ilə bağlı ''Azərbaycan Dəmir Yolları'' Qapalı Səhimdar Cəmyyətindən isə ''Xəzər Xəbər''ə bildirildi ki, martın 19-dan etibarən Bakı-Gəncə sürət qatarının hərəkəti bərpa olunub. Bununla yanaşı, Bakı-Böyük Kəsik xəttində, o cümlədən xəttin Ucar-Gəncə hissəsində elektrik təchizatı sisteminin 3 kV sabit cərəyandan 25 kV dəyişən cərəyana keçirilməsi istiqamətində işlər aparılıb. Bakı-Gəncə qatarının hərəkətinin bərpa edilməsi Ucar-Gəncə hissəsində işlərin bitməsindən sonra mümkün olub. Bu günədək Bakı-Böyük Kəsik xəttinin yalnız Ucar-Böyük Kəsik hissəsi dəyişən cərəyana keçirilib. Ucar-Bakı hissəsində də analoji işlərin aparılmasına başlanılıb.
Qurumdan o da bildirlib ki, "Azərbaycan Dəmir Yolları" QSC-nin balansında hər biri 4 vaqondan ibarət 9 elektrik qatarı var. Bu qatarlardan 7 ədədi Abşeron dairəvi dəmir yolu istiqamətində fəaliyyətdədir. 1 qatar Bakı-Gəncə istiqamətində işləyir. Digər qatar isə həm Bakı-Sumqayıt, həm də Bakı-Gəncə reyslərini həyata keçirir. ADY vaqon parkını genişləndirmək məqsədilə daha 10 qatar sifariş verib. Bu qatarların 2023-cü ilin sonu, 2024-cü ilin əvvəli ölkəyə gətirilməsi planlaşdırılır. Həmin qatarların ölkədaxili istiqamətlərdə, həmçinin Bakı-Qəbələ xətti üzrə istifadəyə verilməsi nəzərdə tutulur.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bu yolda hərəkət qaydası dəyişdi - Sürücülərə xəbərdarlıq
-
Kənd Təsərrüfatı naziri kombaynla pambıq yığdı - (Video)
-
2027-də maaşlar nə qədər artacaq?
-
Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb
-
Mərkəzi Bankın valyuta ehtiyatları artıb
-
Uşağı xaricə aparmaq istəyən valideynlər bunu bilməlidir
XƏBƏR LENTİ
-
Bu yolda hərəkət qaydası dəyişdi - Sürücülərə xəbərdarlıq
-
Kənd Təsərrüfatı naziri kombaynla pambıq yığdı - (Video)
-
Rusiyada azərbaycanlı sərnişinin çantasından kabab çıxdı, yandırdılar
-
2027-də maaşlar nə qədər artacaq?
-
Ağdamda 15 yaşlı qız qaçırıldı
-
Netanyahudan “Flydubai” insidenti ilə bağlı açıqlama
-
“Şirvangöl” şadlıq sarayında yoxlama keçirilib
-
Bakıda kişi binanın dəhlizində faciəvi şəkildə öldü
-
"Turan Tovuz" - "Fənərbağça" oyununa 25 minə yaxın bilet satılıb
-
Bakıda kişi pilləkənlərdən yıxılıb öldü
-
"Forsaj" serial olacaq
-
Şəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq
-
Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb
-
Türkiyədə 11 şəhərə “sarı” xəbərdarlıq edildi
-
Məktəbdə şagirdlərin zəhərlənməsi ilə bağlı səs yazısı yayıldı - DİN-dən reaksiya
-
Azərbaycan - Litva oyununun hakimləri açıqlandı
-
Mərkəzi Bankın valyuta ehtiyatları artıb
-
Uşağı xaricə aparmaq istəyən valideynlər bunu bilməlidir
-
Prezident İlham Əliyev: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq
-
Putin əmr edib ki, məktəblər də vurulsun - Zelenski
-
Ukrayna ilə sərhəddə PUA düşdü - Rumıniyada yanğın başladı
-
Türkiyə millisi Belçika ilə oyunöncəsi əsas heyət üzvünü itirdi
-
Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? - (Video)
-
Azərbaycanda güclü yağış yağacaq - Proqnoz verildi





