Cəmiyyət

Üzücü XƏBƏR: 55 min pul yığılan 1 yaşlı uşaq vəfat etdi

12 May 2022 23:09
1 Şərh     Baxış: 7 021
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Bizim 11 uşağımız Türkiyəyə müalicə üçün getmişdi. O uşaqlar arasında körpə Amilimiz də var idi. Bu gün Amili itirdik".

Milli.Az bizim.media-ya istinadən xəbər verir ki, bu sözləri "Səni Axtarıram" proqramında aparıcı Xoşqədəm Hidayətqızı deyib.

O, canlı efirdə leykozdan əziyyət çəkən 1 yaşlı Amilin Türkiyədə dünyasını dəyişdiyini açıqlayıb.

"Ailə böyük sevinclə hava limanından Türkiyəyə getdi. Amma gecikdilər. Çünki həkimlər körpənin bir həftə zamanı olduğunu söyləmişdirlər. Təəssüf ki, biz yetişə bilmədik".

Xatırladaq ki, X.Hidayətqızı daha əvvəl ki "Səni axtarıram"ın buraxlışlarında Amilin ailəsinin maddi imkanlarının olmadığını və təcili şəkildə körpəni Türkiyəyə müalicəyə göndərilməsi üçün xalqa müraciət etmişdi.

Qısa zamanda 55 min dollar pul toplanılmış və Amil ailəsi ilə birlikdə Türkiyəyə yola salınmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.