Cəmiyyət

Təranə Səmədova yenidən saxlanıldı

11 May 2022 21:54
8 Şərh     Baxış: 6 624
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tanınmış prodüser Təranə Səmədova bu gün polis tərəfindən saxlanılıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu haqda aparıcı Lalə Azərtaş "Təsir dairəsi" verilişində deyib.

"Efirə gələrkən vəkil Ramil Rüstəmov zəng vurub mənə Təranə Səmədovanın polis tərəfindən saxlanıldığını bildirib. Efir başladığı üçün özü əlaqə saxlaya bilmədim", - L.Azərtaş deyib.

O, sonradan T.Səmədova ilə danışdığını və özünün də məlumatı təsdiqlədiyini bildirib.

T.Səmədovanın 400 manat cərimə ödədikdən sonra sərbəst buraxıldığını qeyd edən aparıcı prodüserin polisə müqavimət göstərdiyi üçün saxlanıldığını açıqlayıb. 

Xatırladaq ki, 7 aylıq hamilə olan Təranə Səmədova ötən ay da polisə müqavimətə görə saxlanılmış və 200 manat cərimə ödədikdən sonra sərbəst buraxılmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.