Cəmiyyət

Kondisionerlərə tələbat artıb - Qiymətlər necədir? - VİDEO

4 May 2022 21:10
0 Şərh     Baxış: 1 371
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bazarlarda kondisionerlərə tələbat artıb.

Havaların isinməyə doğru getməsi sərinləşdirici qurğuların satışına təsir edib.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, insanların bir çoxu kondisioner almaq üçün məhz may ayını seçirlər. Çünki düşünürlər ki, kondisioneri may ayında almaq həm qiymət baxımından sərfəlidir, həm də tədarüklərini vaxtında görmüş olurlar.  Bazara üz tutanlar isə bu cihazların ya qiymətinə, ya da keyfiyyətinə önəm verirlər.

Mağaza inzibatçısı Nigar Cəfərzadənin sözlərinə görə, yay mövsümünün yaxınlaşması ilə əlaqədar satışları xeyli artıb. Əvvəlki aylarla müqayisədə qiymətlərdə fərq elə də çox deyil.

Usta Mehman Süleymanov isə deyib ki, kondisioner seçərkən ilk növbədə otağın kvadratı nəzərə alınmalıdır.

Usta Elşən Nəbiyev isə işlənmiş kondisionerləri yalnız mütəxəssis yoxladıqdan sonra almağı tövsiyə edir.

Elşən Nəbiyev bildirir ki, yay mövsümü yaxınlaşdıqca kondisionerlərini təmizlətdirənlərində sayında artım var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.