Cəmiyyət

Taksi sürücülərinin diqqətinə - 50 manat cərimə oluna bilərsiniz - VİDEO

26 Aprel 2022 20:54
0 Şərh     Baxış: 1 683
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müşahidələrimizə görə, təhlükəsizlik kəmərinin yoxluğu  taksi fəaliyyəti göstərənbir çox nəqliyyat vasitələrində əsl problemə çevrilib. Xüsusilə Rusiya istehsalı olan avtomobillərdə belə hallarla daha çox qarşılaşırıq. Ancaq oxşar problemə digər nəqliyyat vasitələrində də rast gəlinir.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, nəqliyyat məsələlələri üzrə ekspert Ərşad Hüseynov deyir ki, təhlükəsizlik kəməri olmayan avtomobil texniki baxışdan keçirilməməlidir.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli isə bildirir ki, təhlükəsizlik kəmərlərinin olmaması avtomobilin konstruksiyalarının nasazlığı kimi qiymətləndirilir. Bununçün də qanunda sürücüyə 50 manat cərimə nəzərdə tutulub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.