Cəmiyyət

Əhaliyə şad xəbər: Azərbaycanda bu cərimələr ləğv edilə bilər - VİDEO

26 Aprel 2022 18:42
0 Şərh     Baxış: 2 058
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Son günlər pandemiya ilə bağlı tətbiq olunmuş inzibati cərimələrin ləğv edilməsi ilə bağlı fikirlər irəli sürülür, müzakirələr aparılır. Millət vəkili Ceyhun Məmmədov  hesab edir ki, ümumən vətəndaşların vəziyyətini, pandemiyanın arxada qaldığını nəzərə alsaq, məsələyə fərdi qaydada baxmaq olar. Burada isə  bir neçə məqam var, biz onu nəzərə almalıyıq deyə millət vəkili vurğulayıb. 

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, karantin qaydalarının pozulmasına görə yazılan cərimələrin ləğvi ilə bağlı məsələyə baxıla bilər.

Millət vəkili Ceyhun Məmmədov bildirib ki, pandemiya dövründə karantin qaydalarının pozulmasına görə yazılan cərimələrin ləğvi ilə bağlı məsələ gündəmə gəlib. Hər bir vətəndaş qanunun tələblərini yerinə yetirməlidir. Bu birmənalıdır. Amma ümumən vətəndaşların vəziyyətini, pandemiyanın arxada qaldığını nəzərə alsaq, məsələyə fərdi qaydada baxmaq olar. 

Millət vəkili bildirib ki, insanların məvacibindən, sosial durumundan asılı olaraq fərdi qaydada bu məsələyə yanaşmaq mümkündür. Burada əsas məqsəd insanların öz vətəndaşlıq vəzifələrinin icrasında məsuliyyətini artırmaqdan ibarətdir.

Bu məsələnin parlamentin komitələri tərəfindən müzakirəyə çıxarılması təklif edilir deyə millət vəkili əlavə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.