Cəmiyyət

Gecə saatlarında səmada görünən işıq sakinlərdə TƏŞVİŞ YARATDI: Bir çox şəhərdən müşahidə edildi

23 Aprel 2022 20:38
0 Şərh     Baxış: 1 974
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan səmasında naməlum obyektlər görünüb. Dünən gecə müxtəlif rayonlardan müşahidə edilən bu obyetklər vətəndaşların da marağına səbəb olub.
 
Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, bununla bağlı Şamaxı astrofizika rəsədxanasının icraçı direktoru Nəriman İsmayılov ''Xəzər Xəbər''ə açıqlama verib.
 
Ötən gün axşam saatlarında səmada naməlum obyektlər görünüb. İşıq saçan bu obyektlər vətəndaşların ciddi marağı və təəccübünə səbəb olub. Vətəndaşların dediklərinə görə, naməlum obyektlər müxtəlif rayonların ərazilərindən aydın görünüb.
 
Azərbaycan səmasında müşahidə olunan bu obyektlərin hansı məqsədi daşıdığı sual doğurub. Görüntüləri izləyən Şamaxı Astrofizika Rəsədxanasının icraçı direktoru, professor Nəriman İsmayılov bildirib ki, Azərbaycan səmasında görünən bu obyekt ABŞ-ın ''SpaceX'' şirkətinin ''Starlink'' peykidir.
 
Nəriman İsmayılov deyir ki, ''Starlink'' peykinin hansı ölkələrdən hansı tarixdə keçəcəyi ilə bağlı məlumatlar şirkətin veb səhifəsində qeyd olunub. Qurum rəsmisinin sözlərinə görə, həmin səhifədə "starlink" peykinin Azərbayan səmasından keçəcəyi tarix 22 aprel göstərilib.

Nəriman İsmayılov deyir ki, vətəndaşların narahat olmalarına heç bir əsas yoxdur. Çünki bu obyetklərin səmadan keçməsinin heç bir təhlükəsi yoxdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.