Cəmiyyət

Hansı abidələr bərpa olunacaq? - VİDEO

19 Aprel 2022 16:30
0 Şərh     Baxış: 735
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İşğaldan azad olunan ərazilərdəki tarixi abidələrin inventarlaşması aparılır. Artıq Şuşada olan abidələrin elektron xəritəsi də yaradılıb.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi deyib. 

''İşğaldan azad olunan ərazilərdə mədəniyyət abidələrinin reysteri aparılır və hazırda onların mühafizə tədbirləri həyata keçirilir''. Bunu Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti  Azad Cəfərli deyib. O bildirib ki, 402 abidənin inventarlaşdırılması başa çatdırılıb.Şuşada olan abidələrin elektron xəritələri hazırlanıb.  

O bildirib ki, erməni vəhşiliyi ilə üzləşən tarixi abidələrimizlə bağlı həqiqətlər beynəlxalq təşkilatların, dünya ictimaiətinin diqqətinə çatdırılması istiqamətində iş aparılır.

UNESCO-nun maddi-mədəni irs məsələləri üzrə məşvərətçi qurumu -İCOMOS-un vitse-prezidenti Zeynəb Gül Ünal isə bildirib ki, mədəni irsə qarşı törədilən vəhşiliklər cavabsız qalmamalıdır

Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunan forum, panel müzakirələrlə davam etdirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.