Cəmiyyət

Məşhur ticarət mərkəzinin ərazisi müsadirə oluna bilərmi?

19 Aprel 2022 19:30
0 Şərh     Baxış: 1 504
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Diqlas" ticarət mərkəzində baş verən yanğın hadisəsindən artıq 3 il ötür. 2019-cu ilin avqustunda 2 hektarlıq ərazidə yerləşən ticarət mərkəzinin binası sökülüb, hələ də yerinə heç nə tikilməyib. Hasarlanmış ərazi həm ərazinin görünüşünə ziddir, həm də piyadaların yolunu işğal edir. Bəs sahibkarın heç nə tikmək istəmədiyi bu ərazi dövlət tərəfindən müsadirə oluna, yaxud satın alına bilərmi?

Milli.Az xəbər verir ki, bu barədə axar.az-a açıqlamasında hüquqşünas Səməd Vəkilov bildirib ki, Azərbaycan qanunvericiliyində şəxsi mülkiyyət toxunulmazdır və dövlət bu ərazini pul müqabilində belə, məcburən satın ala bilməz:

"Şəxsi mülkiyytin toxunulmazlığı haqda Konstitusiyanın 13 və 29-cu maddələri əsas götürülür. Hər kəsin mülkiyyət toxunulmazlığı hüququ var və mülkiyyət üzərində sərəncam vermək həmin şəxsin müstəsna səlahiyyətinə aiddir".

Hüquqşünas onu da əlavə edib ki, əmlakın cinayət yolu il əldə edilmsi isə tamamilə ayrı məslədir:

"Bu halda rəsmi qurum məhkəmə iddiası qaldıra və şəxsi mülkiyyətində olan əmlakı mübahisləndirə bilər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.