Cəmiyyət

Sumqayıtda kanalizasiya xəttinə görə qazılan yol təmir edilməyib - VİDEO

11 Aprel 2022 13:00
0 Şərh     Baxış: 811
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sumqayıtda binalardan birinin qarşısı kanalizasiya xəttinin çəkilməsi üçün qazilsa da, işlər bitəndən sonra həmin hissə asfaltlanmayıb. Sakinlər bildirirlər ki, yağışı havalarda vəziyyət çox acınacaqlı olur, binanın qarşısı keçilməz vəziyyətə düşür.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, sakinlər acınacaqlı vəziyyətin uzun müddətdir ki, davam etdiyini deyirlər.

Onların sözlərinə görə, aidiyyəti qurumlara müraciət etsələr də, nəticəsi olmayıb.

Məsələ ilə bağlı Sumqayıt Sukanal İdarəsindən bildirilib ki, sözügedən ünvanda kommunikasiya xətlərində tez-tez qəza baş veririrmiş. Buna görə də xətlər yenilənib. Qış dövrünə düşdüyünə görə qazıntı olan yerə asfalt örtüyünün vurulması təxirə salınıb. Bildirilib ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentiliyi ilə müqavilə bağlanıb. Yaxın vaxtlarda qazıntı aparılmış yolun asfaltlanması nəzərdə tutulub.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.