Son dövrlər mağazalarda Rusiyadan idxal olunan bəzi ərzaq məhsullarının azaldığı iddia olunur. Biz də məsələni araşdırmaq üçün üz tutduq Bakıda və Sumqayıtda yerləşən marketlərə. Ancaq qarşılaşdığımız mənzərə heç də yayılan iddialarla üst-üstədüşmədi. Belə ki, satıcılar Rusiyadan gətirilən məhsullarda hələ ki ciddi azalma olmadığını bildirirlər. Heç bu malların qiymətlərində də artım müşahidə edilmir.
Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, ancaq Ukraynadan idxal edilən məhsullar artıq anbarlardan boşalmaq üzrədir.
Alıcılar da hələ ki istədikləri məhsulları marketlərdən tapıb ala bilirlər.
İqtisadçı ekspert Elman Sadıqov deyir ki, hazırda Rusiyadan gələn məhsullarda ciddi azalma müşahidə olmasa da, gələcəkdə belə bir halla qarşılaşa bilərik.
Ekspertin fikrincə, Rusiya ilə Ukrayna arasında müharibə daha bir neçə ay davam edərsə, dünyada ciddi ərzaq qıtlığı yaşana bilər.
Elman Sadıqov deyir ki, qlobal böhran və Rusiya ilə Ukrayna arasında gedən hərbi münaqişənin Azərbaycana iqtisadi təsirlərini azaltmaq üçün qabaqlayıcı tədbirlər görülməlidir.
Milli.Az