"Ekspress" qəzeti yazır ki, insanların 45 faizi yatdığı zaman xoruldayır. Aparılan müşahidələr zamanı məlum olub ki, xoruldama problemi ilə ən çox kişilər qarşılaşır. Ağız və burun arxasındakı hava yolunda darlıq olduğu zaman ortaya qəribə səslər çıxır.
Xoruldama burun tutulmasıyla görünən müxtəlif xəstəliklərin əlaməti olmaqla yanaşı, bir çox fiziki qüsurlar nəticəsində də yarana bilir. Dar, uzun və ya çox ətli damağı olan insanlar hər zaman xoruldayırlar. Boğaz divarlarının darlığı, şişkinliyi, axıntılı olması, xüsusilə də yapışqan axıntılarla (bəlğəmlə) tutulması zamanı da xoruldama baş verir. Boğazın badamcıq və bunun arxasındakı boğaz divarlarının arası bəzən çox dar olur. Dil qüsurları, çənə darlığı, sinir sisteminin çatışmazlığı xoruldamaya səbəb olur.
Həkim Tomrida Əhmədlinin sözlərinə görə, xoruldayan insanların özləri də bundan əziyyət çəkirlər. Ümumiyyətlə, xoruldayan insanlar hər zaman yüksək təzyiqin olmasından şikayətlənirlər. Xoruldama nəfəs kəsilməsi xəstəliyi ilə nəticələnə bilər. Həkim bildirir ki, xoruldamanın bir çox tipləri müalicə edilə bilər. Belə ki, xorultu çox zaman çəkisi artıq olan insanlarda müşahidə edildiyi üçün ilk növbədə çəkini azaltmaq məsləhət görülür. "Normal nəfəs almaq üçün ilk növbədə idmanla məşğul olmaq lazımdır. Yuxu dərmanı, sakitləşdirici dərmanlar yatmamışdan öncə qəbul edilməməlidir. Yatmamışdan 4 saat əvvəl spirtli içki, 3 saat əvvəl isə ağır yeməklər yeyilməməlidir. Həddindən artıq yorğunluq da xoruldamağa səbəb olur".
Xoruldamağın müvəqqəti olaraq qarşısını almaq üçün yan böyrü üstə yatmaq məsləhət görülür. Xoruldayan insanların yatağının baş hissəsi 10 sm yuxarı olarsa, xoruldama az olar. Amma elə insanlar var ki, sadalananlar onlara heç bir təsir göstərmir. Belə insanların həkimə müraciət etmələri vacibdir. Çünki xoruldama önəmli xəstəliklərin xəbərçisi ola bilər.
Uşaqlardakı xoruldama əsasən badamcıq və boğaz əti əlaməti ola bilər. Bütün xoruldamalar hava yolundakı daralmanın göstəricisidir. "Əgər daralma çox ciddidirsə, hava yolu tamamilə bağlana bilər. Bu da yuxuda tənəffüsün dayanması ilə nəticələnər".
Həmsöhbətimin dediyinə görə, hava yolu daralması müxtəlif səbəblərdən baş verir. Belə ki, kilo artımı bütün toxumalarda yağ yığılmasına səbəb olur. Buna ağız və boğazdakı toxumalar da daxildir. Nəfəs borusu və ətrafındakı yumşaq toxumalarda da daralma olacağı üçün xoruldama meydana gəlməsi qaçılmazdır. Spirtli içkilərin istifadəsi də xoruldamaya səbəb olur. Belə ki, gecə spirtli içki içilirsə, boğaz arxasındakı yumşaq toxumalarda boşalma yaranır və bu da xorultunun daha da güclənməsinə gətirib çıxarır.
Xoruldama yaşlılıq səbəbi ilə də yarana bilər. Belə ki, yaşlı kişilərdə boğaz toxuması yumşalır və bu da xoruldamaya səbəb olur.
Həkimin sözlərinə görə, xoruldama bir çox xəstəliklərdən sonra da meydana gələ bilər. "Şiddətli angina, dil böyüməsi, alt çənə problemləri, xroniki bronxit, allergiyalar, xroniki sinusit və xroniki rinit kimi xəstəliklər davamlı xoruldamaya səbəb olur. Xoruldama insanları ictimai həyatda narahat etməklə yanaşı, ölümə də səbəb ola bilər".
Xoruldama bədənin istirahət etmə müddətini azaldır. Çünki xorultu insanları dərin yuxu fazasına keçməyə imkan vermir. Dərin yuxu fazasına keçmədən istirahət etmək mümkün deyil. Xoruldamaq ailə həyatını da təhlükə qarşısında qoyur.
Milli.Az
Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Xoruldama ölümə də səbəb olur...
14 Mart 2012 14:29
0 Şərh
Baxış: 4 323

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Keçmiş əri Röyayla tanışlıq hekayəsini danışdı: “Qohumumuzun ad günündə...” - VİDEO
-
İlham Əliyev 28 May - Müstəqillik Günü ilə bağlı paylaşım edib - FOTO
-
Günün qoroskopu: Duyğularınızı açıq bildirmək müsbət nəticə verə bilər
-
Azərbaycanda 28 May – Müstəqillik Günü qeyd olunur
-
Ukrayna Avropadan asılı duruma düşüb: Müharibə uzanacaq?
-
Arda Turan "Şaxtyor"un baş məşqçisi təyin olundu
-
Qumral reklam qiymətini açıqladı - VİDEO
-
Atalara 14 günlük məzuniyyət hüququ veriləcək?
-
Vasif Məhərrəmli özünə toy kimi ad günü etdi - VİDEO
-
Hakan Fidan Moskvadan sonra Kiyevə gedəcək
-
İlham Əliyevin sosial media hesablarında Laçın sakinləri ilə görüşündən görüntülər paylaşılıb - VİDEO
-
Sosial mediadakı populyar oyun 19 yaşlı gəncin həyatına son qoydu
-
Millimiz 1/4 finalda! - VİDEO
-
Baş rol aktyoru "Bahar"ı tərk edir - FOTO
-
Laçın kanatı belə olacaq - FOTO
-
Müharibənin taleyi Putinə qaldı
-
İstanbuldan Tbilisiyə uçan təyyarə Bakı aeroportuna məcburi eniş edib
-
İlham Əliyevlə gözəl Laçın şəhərində görüşməkdən şərəf duydum - Şahbaz Şərif
-
Məhkəmə Hüseynlə bağlı qərar verdi
-
Azərbaycanda yeni meyvə və tərəvəzlər yetişdirilir: Bu fermerlərə 15 min ayrılacaq
-
Musleradan sonra "Qalatasaray"ın yeni kapitanı bəlli oldu - FOTO
-
Anasının məzarından FOTOlarını paylaşdı
-
Portuqaliya Prezidenti İlham Əliyevi təbrik edib
-
"VİA Qra" qrupu fəaliyyətini dayandırdı