Cəmiyyət

Qaxa güclü qar yağır - FOTO

12 Mart 2022 08:52
0 Şərh     Baxış: 1 881
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünən axşam saatlarından başlayaraq Qax rayonu ərazisinə güclü qar yağmağa başlayıb.

Milli.Az "Report"a istinadən bildirir ki, qar əsasən rayonun dağlıq kəndləri olan İlisu, Sarıbaş və Ağçay kəndlərinə yağıb. Daha sonra Qax şəhəri də ağ örpəyə bürünüb.

Hazırda yağmaqda davam edən qarın qalınlığı İlisu kəndində 20-25 sm, şəhər mərkəzində isə 10 sm təşkil edir. Qarın yağması ilə rayon ərazisi, avtomobil yolları qarla örtülüb.

Qeyd edək ki, mart ayında yağan qar taxıl sahələrinə xeyirli olsa da, yeni çiçək açan meyvə ağaclarına ziyan vurur.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.