Cəmiyyət

Şəhid xanımının rəhbəri olduğu məktəb gələcəyin vətənpərvər gəclərini yetişdirir - VİDEO

9 Mart 2022 19:42
Baxış: 1 370
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Şəhid xanımının rəhbəri olduğu məktəb gələcəyin vətənpərvər gəclərini yetişdirir
Şəhid həyat yoldaşının xatirəsini nümunəvi fəaliyyəti ilə əbədiləşdirir.

Söhbət 2016-cı il aprel döyüşlərində şəhid olmuş polkovnik-leytenant Sənan Axundovun həyat yoldaşı, Nəriman Nərimanov adına 45 nömrəli tam orta  məktəbin  direktoru  vəzifəsində çalışan Nəcibə Axundovadan gedir.

Nəcibə Axundova deyir ki, uğurun sirri əzmkarlıq, çətinliyi dəf etməyi bacarmaqdadır.

Nəcibə Axundova bildirir ki, rəhbəri olduğu təhsil müəssisəsi gələcəyin vətənpərvər, qəhrəman gəclərini yetişdirir.

Nəcibə Axundova şəhid analarına  və xanımlarına da çağırış edib.

Qeyd edək ki, Nəcibə Axundova  fəaliyyətinə   görə bir çox medal və sertifikatlara  layiq görülüb. Ölkə başçısının sərəncamı ilə  təltif edildiyi "Tərəqqi " medalı  dünən ona təqdim olunub.

Milli.Az xezerxeber.az-a istinadla mövzu ilə bağlı videomaterialı təqdim edir:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.