Şamaxıda 31 yaşlı kişini avtomobil vurub.
Milli.Az "Report"a istinadən bildirir ki, hadisə rayonun mərkəzi ərazisində qeydə alınıb. Belə ki, 1991-ci il təvəllüdlü Seyidov Xəyal Seyidhüseyn oğlu yolu keçərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardımın koməkliyi ilə əvvəlcə Şamaxı Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin vəziyyəti ağır olduğuna görə Bakıya gətirilib. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin silkələnməsi diaqnozları qoyulub.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az