Cəmiyyət

Qdanskda Xocalı soyqırımı ilə bağlı aksiya keçirilib - FOTO

22 Fevral 2022 16:12
0 Şərh     Baxış: 904
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Polşanın Qdansk şəhərində Xocalı faciəsinin 30-cu ildönümü ilə əlaqədar dinc aksiya keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Milli.Az-a verilən məlumata görə, Polşa Azərbaycanlıları Şurasının və Qdanskdakı azərbaycanlı icmasının birgə təşkilatçılığı ilə baş tutan aksiya şəhərin qədim hissəsindəki izdihamlı Dluqa küçəsində yerləşən Qdansk Milli Müzeyinin (keçmişdə əsas şəhər Ratuşası binası) önündə gerçəkləşdirilib.

Aksiya zamanı gənc soydaşlarımız Xocalı soyqırımı dəhşətlərini əks etdirən fotoları nümayiş etdiriblər. Yerli sakinlərə qırmızı qərənfillər, ingilis və polyak dillərində Xocalı soyqırımı həqiqətlərinin əks olunduğu QR-kodlu bukletlər və fincanlar paylanılıb. Nəzərə çatdırılıb ki, kod vasitəsilə Xocalı soyqırımına dair ətraflı məlumat əldə etmək mümkündür.

"Xocalıya ədalət!" beynəlxalq təbliğat kampaniyası çərçivəsində təşkil edilən aksiya yerli sakinlərin böyük marağına səbəb olub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.