Cəmiyyət

Bakı-Sumqayıt şossesində yük maşını qəzaya səbəb olub - FOTO

19 Fevral 2022 08:18
0 Şərh     Baxış: 1 055
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Binəqədi rayonunda üç nəqliyyat vasitəsi qəzaya uğrayıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Sumqayıt şossesinin Binəqədi rayonu ərazisində qeydə alınıb.

Belə ki, ağır tonajlı yük avtomobilinin sürücüsü tıxac olduğundan qəfil əyləcdən istifadə edib.

İdarəetmədən çıxan yük avtomobili "KİA" və "Nissan" markalı avtomobillərə dəyib. Ağır tonajlı nəqliyyat vasitəsi isə yolayrıcında olan betona dəyərək aşıb.

Sumqayıt istiqamətində olan şossedə sıxlıq yaranıb. Əraziyə qaldırıcı kran cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.