Cəmiyyət

Rəmiş Cəfərovun evinə “qara maskalılar” girib? - DİN-dən açıqlama

17 Fevral 2022 22:13
0 Şərh     Baxış: 1 458
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hüquq müdafiəçisi Rüfət Səfərov canlı yayımda bu gün prospekti bağlayan "R Group Azerbaijan" MMC-nin rəhbəri Rəmiş Cəfərovun evinə "qara maskalılar"ın girdiyini iddia edib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov hüquq müdafiəçisinin iddialarına cavab verib.

"Bunlar hamısı əsassızdır. Onun evinə, ofisinə heç bir "qara maskalı", naməlum şəxs girməyib. Sürücü Rəmiş Cəfərovun atası Zəkiran Cəfərov minlərlə insanın işə gecikməsinə səbəb olan oğluna bəraət qazandırmaq istəyir.

Rəmiş Cəfərov vəkillə təmin olunub, ona hüquqları izah edilib. O saxlanılıb, araşdırma aparılır, araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək".

E.Zahidov Rüfət Səfərov və Zaur Əkbərin döyülməsi iddiasına da cavab verib:

"Onlar Nəriman Rayon Polis İdarəsinin ərazisində çəkiliş ediblər, onlara xəbərdarlıq edilib ki, çəkiliş etməsinlər. Orada heç kim döyülməyib, sadəcə deyiblər ki, çəkiliş aparmayın. Rüfət Səfərovla əlaqə saxladım, o da anlayışla qarşıladı.

Çox təəssüf olsun ki, bəziləri sürücülərin bu hərəkətindən öz siyasi məqsədləri üçün sui-istifadə etməyə cəhd edirlər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.