Cəmiyyət

Nəcməddin Sadıkov qəzaya görə cərimələndi - YENİLƏNİB - FOTO

16 Fevral 2022 15:15
7 Şərh     Baxış: 6 145
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

15:15

Dünən Bakıda qəza törədən Silahlı Qüvvələrin Baş Qərargahının sabiq rəisi Nəcməddin Sadıkov cərimələnib.

Bakı Şəhər DYPİ-dən verilən məlumata görə, Nəcməddin Sadıkov idarə etdiyi 90-AS-020 nömrəli "Toyota Land Cruiser" markalı avtomobillə fevralın 7-də qəza törədib.

Yol-nəqliyyat hadisəsi nəticəsində N.Sadıkov hadisə üzrə təqsirli bilinib. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi üzrə protokol tərtib olunub.

Digər nəqliyyat vasitəsində dəymiş ziyan ödənilib. Nəcməddin Sadıkov barəsində tərtib olunmuş cəriməni ödəyib.

-------

13:29

Azərbaycan Silahlı Qüvvələrinin sabiq Qərargah rəisi, ehtiyatda olan general-polkovnik Nəcməddin Sadıkov Bakıda qəza törədib.

Milli.Az bakupost.az -a istinadən xəbər verir ki, hadisə dünən Mikayıl Müşfiq küçəsi, 10-da baş verib.

Belə ki, "Land Cruiser" markalı, 90 AS 020 nömrəli avtomobili idarə edən N. Sadıkov qarşıdakı "Toyota Prius" markalı maşını vurub. Həmin avtomobil də qabağındakı digər maşına çırpılıb. Hadisə yerinə Dövlət Yol Polis əməkdaşları gəlib.

N. Sadıkov sonradan hadisə yerinə öz köməkçisini çağırıb.

Şahidlərin sözlərinə görə, o, maşından 10 min dollar pul götürərək köməkçisinə verib və dəyən ziyanın ödənilməsi ilə bağlı tapşırıq verib.
Qeyd edək ki, aylardır N. Sadıkovla bağlı ağır ittihamlar səsləndirilir, amma o ittihamlara reaksiya verməyib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.