Cəmiyyət

Uşaq qidaları niyə bahadır? - VİDEO

15 Fevral 2022 18:42
1 Şərh     Baxış: 1 267
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Hələ uşaq dünyaya gəlməmiş valideynlərin üzləşdiyi xərclər hamıya məlumdur. Müayinələrdən tutmuş dava-dərmana qədər hər şey pul ilə başa gəlir. Elə ki, uşaq dünyaya gəlir, onunla bərabər başqa qayğılar da doğulur. Çünki indi bir çox analar körpəsini süni qidalarla böyüdürlər. Bazarda isə belə qidalardan nə qədər istəsən, tapmaq olar. Ancaq qiymətləri əl yandırır. 

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki,  üç ay əvvəl ana olan Xatun Əliyeva da körpəsinə belə qidalardan alır. Deyir ki, ay ərzində uşağın təkcə yeməyinə 200 manat pul xərclənir.

Uşaq qidalarının qiyməti ilə biz də maraqlandıq. Aptek və marketlərdəki məhsulların üzərindəki rəqəmlər deyildiyi kimi yuxarıdır. Hətta son vaxtlar qiymətlərdə artım da olub.

Ekspert Turab Rzayev  uşaq qidalarının bahalığını həmin məhsulların xaricdən idxal olunması ilə əlaqələndirir.

Onun fikrincə, uşaq qidalarının baha qiymətə satılması gələcəkdə çoxuşaqlı ailələrin daha da azalmasına səbəb ola bilər.

"Xəbər Ertəsi"nin mövzu ilə bağlı hazırladığı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.