Cəmiyyət

Bakıda külək piyadanı avtomobilin altına atıb - FOTO

13 Fevral 2022 22:34
0 Şərh     Baxış: 3 045
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yasamal rayonunda ağır yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, qəza paytaxtın Abbas Mirzə Şərifzadə küçəsində baş verib. Belə ki, hələlik ad soyadı bilinməyən orta yaşlı şəxs yolayrıcı beton pillədən yerə yıxılıb. Bu zaman onun üzərindən "Mitsubishi" markalı avtomobil keçib. Piyada ağır xəsarət alaraq təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb.

Hadisə şahidlərinin verdiyi məlumata görə, piyada külək nəticəsində asfalt üzərinə yıxılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.