“Hacı adamam, deyirdim, Rafael, faizə pul alma, haramdı...”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Külli miqdarda dələduzluqda ittiham olunaraq həbs edilən, həbsdə olarkən koronavirusa yoluxub vəfat edən keçmiş deputat Rafael Cəbrayılovun işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində növbəti məhkəmə prosesi keçirilib.
Milli.Az virtualaz.org-a istinadən bildirir ki, prosesdə "Dərhal" MMC şirkətinin təsisçilərindən biri, mərhum deputatın qardaşı Rauf Cəbrayılov dindirilib. O, ifadəsində bütün məsuliyyəti mərhum qardaşının üstünə atıb, şirkətə faktiki rəhbərliyi qardaşının etdiyini, özünün bu işlərdə rolunun olmadığını deyib. Hansı ki, bundan əvvəl mərhum deputatın dul arvadı Aida Cəbrayılova onun hüquqi varisi qismində məhkəmədə ifadə verərkən zərərçəkənlərdən pulları əslində R.Cəbrayılovun qardaşının aldığını və mənimsədiyini göstərmişdi. Eləcə də keçmiş deputat özü həbs edilərkən pulları qardaşının mənimsədiyini deyib, onu "şərəfsiz" adlandırıb.

"Rafael deputat idi deyə, şirkətə faktiki rəhbərlik edirdi. Şirkətin hüquqi təsisçisi isə digər qardaşım Elşən və mən idim. Pul üstündə mübahisəmiz düşürdü. Mən hacı adamam, dəfələrlə deyirdim ki, faizə pul almayın, haramçılıqdı. Deyirdik ki, "Rafael, bu pulları neynirsən, kimə verirsən?" Bizim davamız daha çox onun faizə pul alması üstündə düşürdü. Dörd il idi bir-birimizi danışdırmırdıq. Satılan evlərdən mənə faiz düşmürdü. Təsis payı məndə 20 faiz, Elşəndə isə 70 faiz göstərilirdi. Şirkətin fəaliyyəti ilə Elşən məşğul olurdu. Ancaq digər məsələlərlə Rafael şəxsən özü məşğul olurdu. Açığı desəm, Rafael Milli Məclisdə olmurdu, çox vaxt şirkətdə olurdu", - Rauf Cəbrayılov deyib.
O bildirib ki, Binəqədi rayonu ərazisində 2 hektar torpağını mərhum qardaşının tanışı Fikrət vasitəsilə satıb. Və satdığı torpağa görə Fikrətin ona 50 min manat borcu qalıb.
Qeyd: ittihama əsasən R.Cəbrayılov qardaşı Rauf tərəfindən Bakı şəhər sakininə satılan, Binəqədi rayonu, M.Ə.Rəsulzadə küçəsində yerləşən 2 hektar torpaq sahəsinə dair mülkiyyət sənədinin ("çıxarış") əldə edilməsinə kömək edəcəyi barədə torpağı alan həmin şəxsə yalandan vəd verib. Ondan 240 min manat alaraq mənimsəyib, yaxud "şəxsi ehtiyaclarına sərf edib". Ümumən mərhum keçmiş deputat müxtəlif adamlardan milyonlarla manat pul alaraq geri qaytarmayıb. Onun pul alıb qaytarmadıqları arasında tikinti maqnatı "Şərurlu İsfəndiyar" da var. R.Cəbrayılov həm də deputat mandatını sələmçiyə girov qoyaraq pul götürməsi qalmaqalı ilə tanınmışdı.

Zərərçəkmiş Sülhiyyə Məmmədovanın vəkili Kamandar Nəsibov şahiddən tikinti işlərində rolunun nədən ibarət olduğunu soruşub. Şahid işlərin hamısını R. Cəbrayılovun apardığını, gəlirin 70 faizinin mərhum qardaşına, 30 faizinin isə digər qardaşı Elşənlə ona çatdığını deyib. Vəkil K.Nəsibov şahidin "yalan danışdığını" deyib: "Siz deyirsiz ki, şirkətin təsisçisi olmusunuz, amma aparılan işlərə qarışmamısınız. Bu necə ola bilər? Özünüzə hacı deyirsiz, amma yalan danışırsız".
Hakim Əhməd Quliyev isə mərhum deputatın məhkəmədə dediklərini yaxşı xatırladığını şahidin diqqətinə çatdırıb: "Rəfael Cəbrayılov vəfat etdiyinə görə bütün işləri onun üstünə atırsız. Onun məhkəmədə dedikləri mənim yaxşı yadımdadır. Ortada dəymiş ziyan var. Dəymiş ziyanı kim ödəməlidir? Allahı tanıyın".
Daha sonra zərərçəkmiş Bəşir Məmmədovun məhkəməyə göndərdiyi vəsatəti elan olunub. Zərərçəkmiş vəsatətində pulu Elşən Cəbrayılova ödədiyini, lakin onun cinayət məcəlləsinə cəlb olunmadığını bildirib. Bu səbəbdən zərərçəkən cinayət işinin istintaqa qaytarılmasını xahiş edir.
Məhkəmə prosesi fevralın 10-da davam edəcək.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanla bu ölkə arasında viza ləğv edilir
-
Ayın 24-də leysan yağacaq, dolu düşəcək - Proqnoz
-
Tacir Şahmalıoğlu əməliyyatdan sonra ilk dəfə paylaşım etdi - (Video)
-
Paytaxtda anım gününə həsr edilən ağacəkmə aksiyası keçirilib - (Foto)
-
“Avtovağzal” və “Xocəsən” stansiyalarında giriş niyə pulsuz edildi? - Açıqlandı
-
Prezident İlham Əliyev əfv Sərəncamı imzalayıb
XƏBƏR LENTİ
-
25 yaşlı türk futbolçu vəfat etdi - (Foto)
-
“Səhər tezdən bunun şahidi oldum” - Zaur Baxşəliyevi kövrəldən an - (Video)
-
Bakı-Sumqayıt yolunda ağır qəza - Avtomobillər aşdı - (Video)
-
Bərdədə “Kalaşnikov” avtomatı və 29 patron aşkarlandı
-
Hədəflər müəyyənləşib, Azərbaycanın yeni sənaye mərhələsi başlayır - Sevil Mikayılova
-
Azərbaycanla bu ölkə arasında viza ləğv edilir
-
Bakıda skuterdən yıxılan kişi öldü
-
Prezident İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - (Foto)
-
Ayın 24-də leysan yağacaq, dolu düşəcək - Proqnoz
-
Bu klub ev oyunlarını Xankəndidə keçirəcək
-
Pakistanda nazir silahlı şəxslər tərəfindən qaçırıldı
-
Tacir Şahmalıoğlu əməliyyatdan sonra ilk dəfə paylaşım etdi - (Video)
-
Paytaxtda anım gününə həsr edilən ağacəkmə aksiyası keçirilib - (Foto)
-
“Avtovağzal” və “Xocəsən” stansiyalarında giriş niyə pulsuz edildi? - Açıqlandı
-
Azərbaycan Qran-Prisi: İsak Hadjar yarışlara qayıdır
-
Alim Qasımov Üzeyir Mehdizadə ilə duetinə görə 1 milyon manat alıb? - Açıqlama
-
Ceyran Rəhimova illər sonra bu kanalda aparıcılıq edəcək
-
Azərbaycanda tanınmış idmançı tutuldu
-
Martin Ryan əfv edilib
-
İrem Derici: "Dünyanın ən yaxşı anası olaram"
-
Prezident İlham Əliyev əfv Sərəncamı imzalayıb
-
Prezident İlham Əliyev Estoniyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - (Video/Foto)
-
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik edib
-
Kremlin NATO planı açıqlandı: Böyük müharibəyə ehtiyac yoxdur





