Cəmiyyət

Mərdəkanda yolun kənarı özününküləşdirilib - Polisdən XƏBƏRDARLIQ - VİDEO

25 Yanvar 2022 14:34
0 Şərh     Baxış: 944
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda yol polisi qanunsuz parklanma yerləri təşkil edən bəzi işbazlara qarşı reyd keçirib.  Reyd zamanı belə qanunsuz əmələ yol verən şəxs saxlanaraq polis idarəsinə aparılıb. Yol polisi bundan başqa belə parklanma yerlərində avtomobil saxlayan sürücüləri də cərimə edib.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, yolun kənarını özünüküləşdirib, qanunsuz parklanma yeri təşkil edib.

Kadrlar paytaxtın Xəzər rayonu Mərdəkan qəsəbəsindəndir. Bu şəxs həmin ərazidə marketin olmasından istifadə edərək ora gələn müştərilər üçün yolun hərəkət hissəsini parklanma yeri edib. Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin əməkdaşları həmin şəxsi saxlayıblar. Ona əvvəlcə bu qanunazidd əməli izah edildi, daha sonra ərazi üzrə polis bölməsinə aparıldı. 

Qeyd edək ki, polis belə ərazilərdə avtomobilini park edənlərə qarşı da cərimələr tətbiq edib. 

Qeyd edək ki, yol polisinin  tələbi ilə avtomobilini kənara çəkənlərlə yanaşı etiraz edən sürücülər də oldu.

Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru Araz Əsgərli deyir ki, bu tədbirlər paytaxtın digər rayonlarında da həyata keçirilir və bundan sonra da qanunsuz parklanma yeri təşkil edənlər aşkar edildikcə məsuliyyətə cəlb olunacaqlar. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.