Cəmiyyət

"Həmin gecə dünyamız alt-üst oldu" - Əkbər Əlizadə

20 Yanvar 2022 13:36
0 Şərh     Baxış: 2 087
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əməkdar artist Əkbər Əlizadə 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktyor həmin günü belə xatırlayıb:

"1990-cı il, yanvarın 19-dan 20-nə keçən gecə. İndiyə kimi yadımdadır: 13 yaşım var idi. Şəhərin küçələrində insanlar yaşanacaq faciəni sanki bəri başdan hiss edib, narahatlıq yaşayırdılar. Atam o insanların arasında olduğundan evdə yox idi. Gözümüzə yuxu getmirdi. Şəhərə daxil olan tankların uğultusunu eşidəndə, dünyamız alt-üst oldu. O gecə şəhidlərimiz öz qanları ilə bizi azadlığa qovuşdurdular. Biz isə sağ ikən mənən ölüb, dirildik! O gün hər birimizin qan yaddaşına yazıldı".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.