“Atam 20 yanvarda şəhid olandan sonra anam bizi qucaqlayıb dedi ki...”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Atam Aslan Əlikram oğlu Ağaverdiyev 1952- ci il avqustun 24-də Bakıda anadan olub. Paytaxtın Zevin (indiki Əziz Əliyev) küçəsindəki müəssisədə anbardar işləyirdi. Üç qız atası idi. Gözəl ailə başçısı idi. Ailəcanlı, vətənini, millətini sevən, qonaqpərvər, mülayim, sakit təbiətli, çox üzüyola bir insan idi. Bizi Azərbaycanın bütün rayonlarına aparardı, gəzdirərdi. Çox, çox yaxşı ata idi. Həmin gün atam çox narahat idi, elə hey deyirdi "bu gün nəsə olacaq". Yanvarın 19- da işdən çıxıb Naxçıvan mehmanxanasının qarşısına gedib. Sonra evə gəlib anama deyib ki, ora yaman çox adam yığışıb. Nigaranam, nəsə olacaq. Sonra yenə evdən çıxdı və bu onun son gedişi oldu. Biz bir daha onu görmədik".
Milli.Az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında 20 yanvar şəhidi Aslan Ağaverdiyevin qızı, tanınmış aktrisa, əməkdar artist Məsmə Aslanqızı deyib. O, daha sonra əlavə edib.
"Həmin gecə küçə qapısının ağzında dayanıb atamı gözləyirdik. Güllə səsləri gəlirdi. Birdən kimsə "qardaşımı öldürdülər, qardaşımı öldürdülər" deyib qışqırmağa başladı. Sonra qonşumuzun uşağı gəlib bizə dedi ki, "yerdə göz gördüm". Babam evdən çıxdı, bir müddət sonra qayıdıb gəldi və bizi qorxuya salmamaq üçün "heç nə yoxdu qorxmayın, atılan boş güllələrdi, gedin yatın" dedi. Amma o artıq meyitləri görmüşdü. Çox keçmədi ki, evə zəng gəldi, anama dedilər ki, Aslan ayağından yüngül yaralanıb, təcili "Semaşko" xəstəxanasına gəlin. Anam nəsə inanmadı, "siz Allah, düzünü deyin yüngül yaralanıb?" deyə soruşdu. Ona "hə, qorxmayın ayağından yüngül yaralanıb" dedilər və anam tez-tələsik evdən çıxdı. Ora çatanda görüb ki, hamı atamın başına toplaşıb. Atam isə deyildiyi kimi ayağından yox, qarın nahiyəsindən yaralanıb. Ona cəmi bir güllə dəymişdi, lakin bu güllə xüsusi zəhərli güllə olduğu üçün onun nazik və yoğun bağırsaqlarını, mədəsini, böyrəyini, qısacası bütün daxili orqanlarını zədələmişdi. Xəstəxanaya gətirilənə qədər çoxlu qan itirib. İşıqlar kəsildiyindən xəstəxanada çox ağır şəraitdə şam işığında, qəzet alovunun işığında əməliyyat olunub. Ona həmin gecə çoxlu qan vurulmuşdu, lakin qan bədənində dövran etmədiyinə görə Yanvarın 21- də biz onu itirdik. Şəhidlər xiyabanında dəfn edildi. Anam yanına getdiyində huşu yerində olub. Başına gələnləri ona olduğu kimi danışıb. Sonradan həkim anama deyirdi ki, biz nə qədər çalışırdıq ki, özünə gəlsin, bizə ünvan, telefon nömrəsi desin. Elə hey deyirdi ki, mənim 3 qızım var, Şəbnəm, Məsmə, Afaq.(ağlayır). Babam Böyük Vətən Müharibəsi iştirakçısı olub, yaralansa da sonradan sağala bilmişdi. Biz də elə bilirdik ki, atama sağalıb evə qayıdacaq. Biz bilmirdik ki, onu bu tezliyində itirəcəyik. Səhəri gün evdə nənəmin və digər qadınların ağı deməsini eşitdik. Hamı qışqırırdı, hay-küy salırdı, təkcə anam boynu bükük şəkildə gəlib Şəbnəmlə məni qucaqladı və dedi ki, bizim artıq atamız yoxdur. O bizi böyük əziyyətlərlə, ən əsası da atamına adına layiq böyüdüb, bizə savad verdi", - deyə
Məsmə Aslanqızı bildirib.
Əməkdar artist daha sonra əlavə edib.
"Hər il 20 yanvar ərəfəsində "Qarabağnamə" tamaşası oynanılır.Mən də həmin tamaşada Ağabəyim xanım obrazını canlandırıram. Atam həyatda olsaydı mən bunu 100 yox, 1000 faiz bilirəm ki, aktrisa olmağımı istəməzdi. Amma teatrda da atamın ruhunu hiss edirəm, hiss edirəm ki, o hər zaman mənimlədir. Onun xeyir-duası mənimlə olmasaydı bu illər ərzində bu qədər uğur qazana bilməzdim. Hər il şəhidlər xiyabanına gedib, gizlin ağlayırdım. İstəmirdim göz yaşlarımı kimsə görsün. Amma zəfər qazanandan sonra gedib atama, orada uyuyan şəhidlərə göz aydınlığı verdim. Dedim ki, ata, artıq ruhunuz şaddır. Şəhidlər xiyabanının yeni şəhidləri sizlərə əmanətdir, onlardan muğayat olun. Bu qələbəni bizə qazilərimiz, şəhidlərimiz və ən əsası düzgün siyasət yürüdən Ali Baş Komandanımız, cənab prezident İlham Əliyev yaşatdı", - deyə əməkdar artist bildirib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Bu şəxslər 2 min manatadək cərimələnə bilər - Diqqətli olun
-
Kağız sənədlərlə bağlı yeni qərar
-
Prezidentin təltif etdiyi Jalə Əliyeva kimdir? - Dosye
-
Prezident İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib - (Foto)
-
Jalə Əliyeva "Şöhrət" ordeni ilə təltif edildi
-
ANS-in keçmiş əməkdaşı bu televiziyaya rəhbər vəzifəyə gətirildi
XƏBƏR LENTİ
-
Bu şəxslər 2 min manatadək cərimələnə bilər - Diqqətli olun
-
Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq
-
Ararat Mirzoyan Tehrana getdi
-
Kağız sənədlərlə bağlı yeni qərar
-
Bu ilin 9 ayı ərzində Səfərbərlik Xidmətində 144 nəfərlə bağlı materiallar prokurorluğa göndərilib
-
Prezidentin təltif etdiyi Jalə Əliyeva kimdir? - Dosye
-
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - (Video)
-
Ofelya ərinin adını mikrofonuna yazdırdı - (Foto)
-
2027-ci ildə pensiyalar nə qədər arta bilər?
-
Tierri Anri: “Demək olar ki, Arda tək oynayır, yetərli dəstəyin olmaması üzücüdür”
-
Prezident İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib - (Foto)
-
ABŞ ordusu katerə zərbələr endirdi: Ölənlər var
-
Tramp süni intellektin adını dəyişdi
-
Jalə Əliyeva "Şöhrət" ordeni ilə təltif edildi
-
Pünhan Piriyevin xanımı ilə diqqət çəkən rəqsi - (Video)
-
Millətlər Liqasında günün oyunları başa çatdı
-
Mingəçevirdə qadın bıçaqlandı - Əri polisə təslim oldu
-
ANS-in keçmiş əməkdaşı bu televiziyaya rəhbər vəzifəyə gətirildi
-
Rusiyada zəlzələ oldu
-
84 yaşlı məşhur hind aktyor yıxıldı - (Video)
-
Bu yollarda sürət həddi artırıldı
-
Nazir müəllimləri təbrik etdi
-
Jorje Jezuş Ronaldu barədə: "Bunu asanlıqla həll etmək olar"
-
Pünhan Piriyev: "Alim Qasımov toyumda oxumaq üçün 15 min manat istədi" - (Video)





