Qazaxda Heydər Əliyev Fondunun təşəbbüsü ilə yeni məktəb binası inşa olunub - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Yeniləşən Azərbaycan yeni məktəb" proqramı çərçivəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə daha bir məktəb binası Qazax rayonunda inşa olunub.
Milli.Az Trend-ə istinadən bildirir ki, Qazax rayonu Şahnabat Nəsibova adına Sarıvəlli kənd tam orta məktəbinin binası ikimərtəbəli və 220 şagird yerlikdir.
Məktəbin əvvəlki binası 1966-cı ildə inşa edildiyindən fiziki köhnəlmiş və istifadəyə yararsız vəziyyətə düşmüşdü.
Məktəbin müəlliməsi Leyli Sarıyeva Sarıvəlli kəndində yeni məktəb binasının inşa olunmasının kənd sakinlərinin çoxdankı arzusu olduğunu deyib: "Yeniləşən Azərbaycan yeni məktəb" proqramı çərçivəsində inşa olunan bu məktəb binası bizə böyük hədiyyədir. Buna görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya sonsuz təşəkkür edirik. Bildiririk ki, şagirdlərin keyfiyyətli təhsil alması və Vətənə layiqli övlad kimi böyüməsi üçün əlimizdən gələni edəcəyik".
Valideynlər isə övladlarının yeni, müasir tələblərə cavab verən məktəbdə təhsil alacağı üçün sevinclidirlər. "Oğlum Kərim və qızım Nazənin bu il birinci sinfə qədəm qoyublar. İnşallah, onlar üçün belə gözəl məktəbdə gözəl də tədris ili olar. Bütün əməyi keçən hər kəsə bir şəhid ailəsi, şəhid həyat yoldaşı kimi təşəkkür edir, minnətdarlığımı bildirirəm", - deyə şəhid Emil Kərimovun həyat yoldaşı Afət Əliyeva bildirib.
Yeni məktəb binasında 14 sinif otağı, fizika, kimya, biologiya laboratoriyaları, informatika, hərbi təlim, tibb, qızlar və oğlanlar üçün əmək təlimi otaqları, qarderob, kitabxana, yeməkxana, akt və idman zalı, həmçinin açıq idman meydançası var.
"Köhnə məktəbimizdə oxumağımız üçün yaxşı şərait yox idi. Siniflərimiz istiliklə təmin olunmamışdı. Amma yeni məktəbimizdə istilik sistemi ilə yanaşı, fənn kabinetləri, idman zalı, kitabxana və yeni avadanlıqlar var", - deyə məktəbin XI sinif şagirdi Lamiyə Qocayeva vurğulayıb.
Məktəb zəruri mebel və avadanlıqlarla, fənn kabinetləri və laboratoriyalar əyani vəsaitlərlə tam təchiz edilib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Xətai, Ağdaş və Yevlaxda qaz olmayacaq - Yenilənib
-
Bu şəxslərin pensiyası minlərlə manatdır - Siyahı
-
"Bakı Biznes Mərkəzi" Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
-
Bakının bu ərazisində zəhərli ilanlar peyda oldu - (Foto)
-
Azərbaycanda futbol üzrə ilk dünya çempionatı və festivalla əlaqədar viza proseduru sadələşdirilir
-
İnsan susuz neçə gün yaşaya bilər?
XƏBƏR LENTİ
-
Qubadlıda yaşayış kompleksi tikilir - (Video)
-
Afra Saraçoğlu sərbəst buraxıldı - Yenilənib
-
Ceyhun Bayramov Dünya İqtisadi Forumunun təşkil etdiyi qeyri-rəsmi naharda iştirak edib
-
Sabah bu ərazilərdə işıq olmayacaq
-
Nikolas Keycin son halı - (Foto)
-
Evdə yoxsa şarj stansiyasında? Elektrikli avtomobillərin yürüşü və qiymətində kəskin fərq - (Video)
-
Xalq artisti Ramiz Həsənoğlu əməliyyat olundu - (Foto)
-
Məhəmməd Salah sürücülük hüququndan məhrum edildi
-
"Qəbzi deyil, hesabınızı yoxlayın": Vətəndaşları aldadan yeni dələduzluq üsulu
-
“Ömer Baba”: “Şaşmaz qardaşları dürüst adamlar deyil”
-
Xətai, Ağdaş və Yevlaxda qaz olmayacaq - Yenilənib
-
Kozinoğlunun müəmmalı ölümü: Türkiyədə sabiq jurnalist həbs olundu
-
Serdar Ortaç vəsiyyətini açıqladı
-
“Elmlər”də axşam saatlarında avtobus böhranı - (Video)
-
Oğuzhan Koç onu konsertindən qovdu - (Video)
-
Abşeronda məktəb bağlandı: "Əvvəllər həmin bina çay evi kimi fəaliyyət göstərib"
-
“Turan Tovuz” – “Fənərbağça” oyununun vaxtı açıqlanıb
-
Səhhəti ağırlaşan Firuzə İbadovanın son vəziyyəti açıqlandı
-
“Sabah”ın Bakıdakı oyunlarının bilet qiymətləri açıqlandı - 35-dən 285-ə qədər...
-
Milli Məclisin İnsan hüquqları komitəsində payız sessiyasının ilk iclası keçirilib - (Foto)
-
"Amerikada bir ay konsert verdik, 100 dollar pul verdilər" - Alim Qasımovla müsahibə
-
Federiko Valverde zədələndi
-
“Ana olmaq istəyirəm” - Dakota Conson
-
Nərimanovda binadakı yanğın söndürülüb - Yenilənib - (Video)





