Cəmiyyət

Əli Əliyevin həbsi ilə bağlı helikopter qəzasından sağ çıxan polkovnik-leytenantdan - Açıqlama

13 Yanvar 2022 22:26
0 Şərh     Baxış: 5 116
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər verdiyimiz kimi, Yasamal Rayon Məhkəməsində Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Hakim Hüseyn Səfərovun sədrliyi ilə keçirilən prosesdə Dövlət Sərhəd Xidmətinin polkovnik-leytenantı Emil Cəfərovun Əli Əliyev barəsində xüsusi ittiham qaydasında şikayəti ilə bağlı hökm oxunub. Hökmə əsasən, Ə. Əliyevə 5 ay müddətə həbs cəzası verilib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin (DSX) Mi-17 tipli helikopterinin Xızı ərazisində qəzaya uğraması nəticəsində yaralanan polkovnik-leytenant Emil Cəfərov məhkəmə qərarı ilə bağlı açıqlama verib.

"Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev müəyyən cəfəng fikirlərlə, heç bir əsası olmayan fikirlər bildirməklə helikopter qəzası və bizim sağ qalmağımızı şübhə altına alıb.

Bu da birinci növbədə bizim şəhid olmuş hərbçi yoldaşlarımızın ruhuna hörmətsizlikdir. Həm fiziki, həm də psixoloji zərbə almış insanlar kimi bizə üçüncü zərbəni də Əli Əliyev vurdu", - o qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.