Cəmiyyət

Astara sakininin başına qaya düşüb

5 May 2010 15:11
Baxış: 394
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az xəbər portalı ANS telekanalına istinadən xəbər verir ki, növbəti sürüşmə faktı Astara rayonunun ucqar dağlıq ərazisində yerləşən Miki kəndində baş verib. Qaya və daş parçalarının aramsız sürüşməsi kənd sakini 22 yaşlı Tarzan Nəzirovun həyatını təhlükə altında qoyub. Zərərçəkmişin atası Arif Nəzirovun sözlərinə görə, oğlu kanalı təmizləyən zaman başına daşlar düşüb.

Xəstəyə rayon mərkəzi xəstəxanasının reanimasiya və travmotologiya şöbəsində lazımi ilkin tibbi yardım göstərilib. T.Nəzirovun baş nahiyəsində əzilmiş cırılmış yara, alın sümüyünün sınığı, beyin əzilməsi əlamətləri aşkar edilib. Cərrahi əməliyyat keçirilib. Ancaq beynində qanaxma olduğuna görə Bakıya göndərilməsi qərara alınıb.

Astara rayon Fövqəladə Hallar Komissiyasının sədri Məzahim Hüseynovun verdiyi məlumata görə, uzun sürən yağışlar dağlıq ərazilərdə torpağın yumşalmasına və bu səbəbdən sürüşmələrə yol açıb. Sürüşmələr geniş miqyaslı olmasa da, Siyakü ərazi vahidliyində, Motalyataq kəndində, Kijəbə ərazi vahidliyində də hiss olunur. Hələlik isə sürüşmədən ciddi ziyan çəkən evlər yoxdur.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.