Cəmiyyət

Rayon qeydiyyatında olanlara ŞAD XƏBƏR - Bu gündən... - VİDEO

1 Yanvar 2022 23:32
0 Şərh     Baxış: 3 436
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Vətəndaşlar istənilən dövlət tibb müəssisəsinə ixtisaslaşdırılmış ambulator yardım üçün göndərişsiz müraciət edə biləcəklər.

Milli.Az "Xəzər TV"yə istinadən xəbər verir ki, İcbari Tibbi Sığorta Agentliyi 3 istiqamət üzrə mühüm dəyişikliklər edib. Artıq rayon qeydiyyatında olub Bakıda yaşayan vətəndaşların da işi asanlaşacaq.

Sığortalı şəxslər ambulator müalicə üçün rahat şəkildə TƏBİB-in tabeliyində olan bütün tibb müəssisələrinə müraciət edə biləcəklər.

Agentliyin departament rəhbəri Aynurə Əhmədova "Xəzər Xəbər"ə bildirib ki, artıq vətəndaşlar yaşadıqları və ya qeydiyyatda olduqları ərazidən asılı olmayaraq ixtisaslaşdırılmış ambulator tibbi yardım üçün göndəriş olmadan yaşadığı ərazi üzrə, eləcə də Bakı da daxil olmaqla digər şəhər və rayonlarda tibb müəssisəsinə müraciət edə biləcəklər.

Agentlik özəl tibb müəssisələri ilə bağlı da mühüm yenilik edib. Aynurə Əhmədova qeyd edib ki, dövlət orqanlarının tabeliyində olan tibb müəssisələri sığortalı vətəndaşlara ixtisaslaşırılmış tibbi xidmət göstərə bilmədikdə agentliyi məlumatlandıra biləcəklər. Müraciət əsasında, vətəndaşların müalicəsi digər xəstəxanalarda aparılacaq.

Qeyd edək ki, İcbari tibbi sığortanın Xidmətlər Zərfinə 2550 sayda tibbi xidmət daxildir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.