Cəmiyyət

Yaşayış binalarında məktəbəqədər təhsil müəssisəsi olacaq

14 Dekabr 2021 08:48
0 Şərh     Baxış: 582
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yaşayış binalarında məktəbəqədər təhsil müəssisələrinin yerləşdirilməsi qaydası müəyyənləşib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyası tərəfindən təsdiqlənən "Yaşayış binaları. Layihələndirmə normaları"nda öz əksini tapıb.

Belə ki, yaşayış binalarının birinci və ikinci mərtəbələrində, eləcə də hüdudları daxilində və onlara bitişik tikililərdə tutumu 150 yerdən artıq olmayan məktəbəqədər təhsil müəssisələrinin yerləşdirilməsinə yol verilir.

Normalara əsasən, yaşayış binalarında, eləcə də həmin binalara bitişik tikililərdə ambulator-poliklinik tibb müəssisələrinin (kabinetlərin), o cümlədən müalicə-sağlamlıq, reabilitasiya və bərpa müəssisələrinin, həmin mərkəzlərin nəzdində gündüz stasionarlarının yerləşdirilməsi mümkündür.

Yaşayış binalarında yerləşdirilən tibb müəssisələri binanın əsas hissəsindən əsaslı divarlarla ayrılmalı, müstəqil ventilyasiya, kanalizasiya sistemləri və xəstələr üçün ayrıca girişlə təchiz edilməlidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.