Cəmiyyət

Vətəndaşlar narahatdır - Təzyiqli su niyə yerə axır? - VİDEO

6 Dekabr 2021 17:36
0 Şərh     Baxış: 1 059
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Abşeronda axan su kütləsi sakinlər üçün təhlükəli vəziyyət yaradıb. Ərazidə yaşayanlar təzyiqli suyun onların evləri üçün təhlükəli olduğunu deyirlər. Bəs bu suyun qarşısı niyə alınmır? Aidiyyəti qurum məsələyə münasibət bildirib. 
 
Partlayan su borusu yaxınlıqdakı evlər üçün təhlükəyə çevrilib. Torpaq sürüşməsi baş verib, hasarlarda iri çatlar əmələ gəlib. Bura Abşeron rayonunun Ceyranbatan qəsəbəsidir.

Hadisənin baş verdiyi ərazinin yaxınlığında yaşayan sakinlər iddia edirlər ki, mövcud vəziyyət bir neçə ildir yaşanır. Üstəlik, təzyiqli su yolu yuduğundan ərazidə dəfələrlə çökmə baş verib.  

Məsələ ilə bağlı Samur Abşeron Kanalı İstismar İdarəsindən bildirildi ki, ərazidə su borusu partlamayıb. Baş verənlər suyun istifadəsində havanın boşaldılması üçün tətbiq olunan prosedurdur.

Tahir Quliyev bildirib ki, ərazidəki evlər sonradan tikilib və həmin evlər orada tikilməzdən əvvəl də həmin proses orada yaşanırdı.

Milli.Az xezerxeber.az-a istinadla mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.