Cəmiyyət

Kürdəmirdə sahibsiz itlər kişinin qulağını qoparıb

5 Dekabr 2021 20:51
1 Şərh     Baxış: 518

Kürdəmirdə sahibsiz itlər rayon sakininə hücum edərək qulağını qoparıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun QarasaqqaI kəndində qeydə alınıb.
Kənd sakini 49 yaşlı Məmmədov Qurban Əhəd oğlu kənddə gəzərkən küçə itlərinin hücumuna məruz qalıb. Nəticədə itlər Q.Məmmədovun sağ qulağını dişləyərək qoparıb. Zərərçəkən ətrafdakı insanların köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb. Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, cari ildə Kürdəmirdə 300 nəfərdən çox insan itlərin hücumuna məruz qalıb.

Milli.Az

40 000 AZN-dək krediti ONLAYN sifariş et!

Şərh yaz:

1 Şərh:

  • Anonim
    !!! · 5 Dekabr 2021 22:1100

    Sahibsiz küçə itləri məsələsini həll etmək lazımdir.Real təhlükə mənbəyidirlər.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics