Leyla Əliyeva "Yaşıl Marafon" çərçivəsində ağacəkmə aksiyasında iştirak edib - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dekabrın 4-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın iştirakı ilə Abşeron Milli Parkında 2021-ci il "Ümumrespublika Yaşıllaşdırma Marafonu"nun ("Yaşıl Marafon") yekun ağacəkmə aksiyası və BMT İnkişaf Proqramının "EU4Climate" layihəsi çərçivəsində veloyürüş keçirilib.
Trend xəbər verir ki, tədbirdə Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, müdafiə sənayesi naziri, Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti Mədət Quliyev, həmçinin Birləşmiş Millətlər Təşkilatının, Avropa İttifaqının və Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndələri, Böyük Britaniya, Belçika, Tacikistan, Bolqarıstan, Yunanıstan və İsrailin Azərbaycandakı səfirləri və diplomatik korpusun digər nümayəndələri iştirak ediblər.
Tədbir çərçivəsində 2021-ci il "Yaşıl Marafon"nunun 1 milyonuncu ağacı əkilib və bununla da ağacəkmə kampaniyası başa çatdırılıb.
Qeyd edək ki, "Yaşıl Marafon" kampaniyası çərçivəsində cari ilin yaz və payız mövsümlərində ölkə üzrə kütləvi ağacəkmə aksiyaları keçirilib. IDEA İctimai Birliyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə həyata keçirdikləri aksiyalar zamanı iydə, şam, fıstıq, sərv, akasiya, ağcaqayın, göyrüş, qoz, palıd, şabalıd, zeytun və sair yerli cinslərdən olmaqla müxtəlif ərazilərin torpaq-iqlim şəraitinə müvafiq qaydada ağaclar əkilib.
Ağacəkmə kampaniyasının əsas məqsədi ölkəmizin yaşıllıq sahələrini artırmaq, ağac əkilməsini təşviq edərək ətraf mühitin mühafizəsinə və yaşıllıqların qorunması ilə bağlı maarifləndirməyə töhfə verməkdir.
Avropa İttifaqı tərəfindən maliyyələşdirilən "EU4Climate" regional layihəsinin məqsədi Paris Sazişinə uyğun olaraq tərəfdaş ölkələrdə iqlim dəyişmələri təsirlərinə dayanıqlı və aşağı emissiyalı hədəflərin qanunvericiliyə inteqrasiyasına və həyata keçirilməsinə dəstək göstərməkdir. Abşeron Milli Parkında keçirilən veloyürüş, digər tədbirlərlə yanaşı, sözügedən layihə çərçivəsində ölkəmizdə təmiz nəqliyyatın təbliği və Avropa Nəqliyyat Həftəsinin (European Mobility Week) qeyd olunması məqsədilə təşkil edilib.
Qeyd edək ki, Abşeron Milli Parkında təşkil olunan ekoloji tədbir cari ilin noyabr ayında Qlazqoda keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəfləri Konfransının 26-cı sessiyasında atmosferdə istixana qazı tullantılarının azaldılmasına dair qarşıya qoyulan hədəflər üzrə qlobal səylərə dəstək xarakteri daşıyır. Bu baxımdan IDEA İctimai Birliyi bütün dünyada Planetimizin mühafizəsi ilə bağlı kəskin mübarizənin aparıldığı bir vaxtda hər kəsi öz üzərinə düşən vəzifəni yerinə yetirməyə, ətraf mühiti qorumağa, yaşıllıqların artırılmasına töhfə verməyə çağırır.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Yasamalda və bəzi ərazilərdə işıq olmayacaq
-
Seyyid Yəhya Bakuviyə həsr olunmuş konfransın iştirakçıları Şuşa şəhəri ilə tanış olublar - Yenilənib (Foto)
-
Prezident İlham Əliyevin “Qobustan” Günəş Elektrik Stansiyasının açılışından maraqlı görüntüləri - (Video)
-
Masazırda şagirdlər zirzəmidə dərs keçib? - Açıqlama - (Video)
-
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
-
Narkotik aşkarlanan yük maşınları müsadirə olunsun - Təklif
XƏBƏR LENTİ
-
Alla Axundova vəfat etdi
-
Lənkəranda ağır qəza - Ölənlər var
-
Yasamalda və bəzi ərazilərdə işıq olmayacaq
-
UEFA Avropa Liqası: İlk oyunların nəticələri
-
12 il əvvəl "qətlə yetirilən" qadın sağ tapıldı
-
Hansı bakalavr ixtisasları 3 illik ola bilər? - (Video)
-
Beş bürc uğur və sərvət qazanacaq
-
Sinqapur kitab oxuyanlara pul verəcək
-
Süni intellektlə hazırlanan dərman qocalmanı ləngitdi
-
Yatanda işığı açıq saxlamaq ürəyə ziyandır
-
Bu aylarda doğulanların taleyi dəyişəcək
-
Xarici onlayn platformlardan alınan xidmətlərin qiyməti dəyişir - (Video)
-
Dünyanın ən gözəl şəhəri - Venesiya və Barselonanı geridə qoydu
-
Vatikan ilk dəfə “Oskar”a namizədlik üçün film təqdim edəcək
-
"Sumqayıt yolu"ndakı tıxac problemi nə vaxt həll olunacaq? - (Video)
-
Qumbaranı evə Xədicənin qardaşı gətiribmiş - təfərrüat
-
Lənkəranda ağır qəza: "Mercedes Vito" TIR-a çırpıldı, ölənlər var - Yenilənib (Foto)
-
Günün qoroskopu: İntuisiyanızın dediklərinə güvənin
-
Tacir Şahmalıoğlu arıqlamasının səbəbini açıqladı
-
Tələbələr dərsə getmək üçün beton maneələri aşırlar - (Video)
-
Toyda bəy əsəbləşərək tortu yerə çırpdı - (Video)
-
İmişlidə zəlzələ olub
-
Paşinyan referendumdan imtina etdi: "Hələlik tezdir"
-
Vinisus Junior əsas heyətdə mövqeyini itirə bilər





