“Armudu stəkanda çay əvəzi araq içirdilər” - Xalq Artisti
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Əsgərliyə gedəndə 26 yaşım var idi. Yanımdakılar 15-16 yaşlarında idi. Orada məni hörmətlə qarşıladılar".
Milli.Az Olay-a istinadən xəbər verir ki, bu sözləri "Fatehin divanı" verilişində Xalq artisti Mübariz Tağıyev deyib. İrəvanda doğulub, böyüyən sənətçi Azərbaycana köçməyindən danışıb.
M. Tağıyev deyib ki, o, Xalq artisti Rəşid Behbudovun dəvəti ilə Bakıya gəlib:
"Əsgərlikdə olanda R. Behbudovdan teleqram gəldi. Əvvəllər onu bir azərbaycanlı kimi tanıyırdım, görüşmüşdük. Moskvada konsertə gedəndə rastlaşmışdıq. Bu teleqram hərbi hissəyə çatdı. Hamı heyrətləndi. Demə, Bakıya dəvət edirlərmiş. Mənə də söylədilər ki, artıq ailən Bakıdadır, birbaşa bura gələrsən. Bundan sonra mənim xoş günlərim başladı. O vaxt Kukla Teatrının ikinci mərtəbəsində evimiz var idi. Əsgərlikdən gəldim, Xalq artisti Rafiq Babayev dedi ki, ikinci mərtəbəyə çıxarsan. Rəşid Behbudova gəlməyim barədə xəbər vermişdilər. Onu dəhlizdə gördüm, məni bir ata, ağsaqqal kimi qarşıladı. Dedi ki, axır ki, Vətənindəsən. Dedim, Rəşid müəllim, axı ora da bizim qədim torpağımızdır, vətənimizdir.
Dedi, mən orada işləmişəm, bilirəm. Sonra əsgərlikdən çox hörmətli insanların, generalların salamını çatdırdım. Birdən düşündü ki, əsgərlərlə görüş edə bilərik, ona ideyalar bir-birinin ardınca gəlirdi. Çox keçmədi, dediyini də etdik, hərbi hissələrdə konsertlər verdik. Rəşid Behbudovdan dərs aldıqdan sonra dedim ki, artıq peşəkar məktəb keçmişəm və tam hazıram. Çox mükəmməliyyətçi idi. Bizim gözümüzün qarşısında şairlər, bəstəkarlar gəlib otaqdan incik gedirdilər. Bizdən də istədiyi o idi ki, ifa etdiyimiz mahnının hər kəlməsi, hər hərfi eşidilməlidir".
Xalq artisti "Rəşid Behbudovun soyuq su içməmək kimi vərdişləri var idimi" sualına isə belə cavab verib:
"O dondurma da yeyirdi. Hətta bir dəfə kollektiv şəkildə rayona gedirdik. Uşaqlar Rəşid müəllimdən qorxduqları üçün termosda araq gətirmişdilər. Guya isti çay imiş kimi gizli armudu stəkanda yavaş-yavaş içirdilər. Amma Rəşid müəllim başa düşdü. Araq olduğunu bildi. Sonra qayıtdı ki, ay oğul, bunu belə içmirlər, başqa nəyiniz var? Biz hamımız güldük".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi - Yenilənib
-
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
-
“Kızılcık şerbeti”ndə yeni sima - (Foto)
-
"Səni ilk qucağıma aldığım gün sanki dünən idi" - Fatimə Fətəliyeva - (Foto)
-
"Evimdən 15 min dollarlıq qızıl oğurlandı"
-
Natavan Həbibi görünüşünü dəyişdirdi - (Foto)
XƏBƏR LENTİ
-
Erlinq İnternetdə viral olan videosunu təkrarladı - (Video)
-
Ceyhun Bayramov Əraqçi ilə görüşdü
-
Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi - Yenilənib
-
Bu gün bəzi rayonlarda işıq olmayacaq - Yenilənib
-
Bakıda ildə 3-4 dəfə təmir olunan yol yenə çökdü - (Video)
-
“Kuba tamamilə iflas etmiş bir dövlətdir” - Tramp
-
Günün qoroskopu: Səbrinizi sınayacaq bir vəziyyətlə qarşılaşa bilərsiniz
-
Polşa Orta Dəhlizdən qazanmaq istəyir, lakin "həm nala, həm də mıxa" vurmaq alınmayacaq
-
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının sədri ilə görüşüb - (Foto)
-
Bakıda xəstəxana pasiyentlərin yeməyini kəsir? - (Video)
-
Tovuza dolu düşüb - (Video)
-
Elnarə Əliyeva vəfat etdi - (Foto)
-
İrandakı səfirliyimizdən ölkəyə qayıtmaq istəyənlərə - Bildiriş
-
Zelenski və Tramp Nyu-Yorkda görüşüb
-
Bakı qlobal təhlükəsizlik gündəminin mərkəzində: 100-dən artıq ölkə bir araya gəldi
-
“Sabah”ın gənc azarkeşi vəfat etdi - (Foto)
-
Oğuz və Şəkidə tikilən su anbarı: Torpaq sahələri üçün 471 min manatdan çox ödəniş nəzərdə tutulur
-
İsmət Cəfərova yüksək vəzifə verildi
-
Qazax Rayon Psixiatriya Xəstəxanasında yanğın - 44 xəstə təxliyə edildi - (Foto)
-
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
-
Tarixdə ilk: İnsanla robot arasında döyüş keçirildi - (Video)
-
Meymun tanınmış yazıçının həyat yoldaşını öldürdü - anbaan (Video)
-
Azərbaycanla Ermənistan arasında davamlı sülhün bərqərar olmasını arzulayırıq - Ərdoğan
-
Dambrauskas bölgələrimizə heyran qaldı - (Foto)





