Şou-biznes

Xumar Qədimova Şuşaya mahnı həsr etdi - VİDEO

12 Noyabr 2021 15:52
5 Şərh     Baxış: 1 993
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əməkdar artist Xumar Qədimova "Şuşa" adlı yeni əsər ifa edib.

Milli.Az Axşam.az-a istinadən bildirir ki, mahnının sözləri Rəşad Məcidə, musiqisi Xumar Qədimovanın özünə məxsusdur.

Xumar Qədimova bildirib ki, ilk dəfə sənətə Şuşaya həsr etdiyi "İsa bulağı" mahnısı ilə gəlib:

"Ona görə də möhtəşəm zəfərdən sonra Şuşaya mahnı həsr etməyə bilməzdim. Əziz dostum Rəşad Məcid mənə bu şeiri oxuyanda çox xoşuma gəldi. İçdən, səmimi hisslərlə yazılmışdı. Qərara gəldim ki, şeirə musiqi bəstələyib ifa edim. Fikrimcə, bu bəstə Şuşaya həsr olunmuş mahnıların tacıdır. Mahnıda sevgi, həsrət, çoşqu, çağırış və qələbə var".

Xumar Qədimova əlavə edib ki, sabah mahnının ictimaiyyət üçün geniş təqdimatı keçiriləcək.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.