Şou-biznes

Stallone, Şvartsnegger və Stethemin iştirak etdiyi filmdə üç nəfər yaralandı - VİDEO - FOTO

11 Noyabr 2021 13:30
1 Şərh     Baxış: 1 433
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yunanıstanın Saloniki şəhərində "The Expendables 4" filminin çəkilişləri zamanı üç nəfər yaralanıb, onlardan birinin vəziyyəti ağırdır.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, zərərçəkənlərdən biri çəkiliş zamanı suya yıxılan texniki işçidir. Onun vəziyyəti ağır qiymətləndirilir.

İkinci zərərçəkən avtomobilin hərəkəti zamanı kaskadyor tərəfindən yaralanan operator olub. Üçüncü qəza Stethemin köməkçisi ilə baş verib - o, bir avtomobildən digərinə tullanarkən xəsarət alıb.

Məlumata görə, filmin çəkiliş meydançasındakı bədbəxt hadisələrə baxmayaraq, "The Expendables 4" filminin çəkilişləri davam edir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.