Şou-biznes

Əməkdar artist 30 illik ailəni dağılmaqdan xilas etdi

8 Noyabr 2021 12:52
1 Şərh     Baxış: 951
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyalı müğənni Leonid Aqutin  pərəstişkarı olan bir ailəni dağılmaqdan güclə xilas etdiyini açıqlayıb.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, Əməkdar artist bunun Dubayda baş tutan konsertində yaşandığını bildirib.

"Mənə fərqli məqsədlərlə yaxınlaşıblar. Mahnı istəyiblər, konsertimdə onların dilindən sevgilisinə evlilik təklifi olunmasını xahiş ediblər. Bu dəfə isə bir kişi yaxınlaşdı və dedi ki, zalda həyat yoldaşı oturub, 30 ildir birlikdəyik, dava etmişik. Bu da ayrılıq həddinə çatıb. Mənə qulaq asmır, bəlkə sənin vasitənlə barışaq. Mən də onları barışdırmağa çalışdım. Alındı da" deyə, Aqutin əlavə edib.

Aqutin ailədən danışarkən "Ən önəmlisi pandemiyada birlikdə olmaqdır. Hər hansı bir mübahisə olsa da, ayrılmaq yaxşı deyil. Görün, həmin şəxs üçün harda və neə fərq etmədi, o, şortikdə səhnəyə çıxan müğənnidən yardım istədi. Həmin cütlüyü səhnəyə dəvət etdim, onları barışdırdım" sözlərini söyləyib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.