Sonuncu dəfə "Dolunay" serialında rol alan aktrisa Irmak Ünal Türkiyədən köçüb.
Milli.Az axşam.az-a istinadən bildirir ki, aktrisa övladları ilə birgə Balidə yaşayacağını deyib:
"Tək məqsədim qızım Kayla və oğlum Vadinin yaxşı təhsil almasıdır. Mən də fərqli kurslara gedəcəyəm. Türkiyəyə nə vaxt qayıdacağıq bilmirəm. Heç nə planlamıram, anı yaşayıram".
Milli.Az